Volkan Bozkır: "Biz "Böyük Böhran"dan sonra ilk dəfə böyük tənəzüllə üzləşmişik"
03-12-2020 [19:58]
"Bu xüsusi sessiya BMT-yə üzv ölkələr üçün tarixi bir andır".
Bunu BMT Baş Assambleyasının Prezidenti Volkan Bozkır Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü əsasında keçirilən BMT Baş Assambleyasının COVID-19-la bağlı xüsusi sessiyasında çıxışı zamanı deyib.
Volkan Bozkır bildirib ki, bu, BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə bağlı ilk xüsusi sessiyasıdır. Onun sözlərinə görə, bəşəriyyət pandemiyanın gözlənilməz nəticələri ilə üzləşib:
"Ötən il bizim heç birimiz belə bir halın baş verəcəyini təsəvvür etmirdi. COVID-19 pandemiyası dünyanın hər bir nöqtəsində insanların həyatına ciddi təsir edib, bu pandemiya dünyamıza meydan oxuyub. COVID-19 pandemiyası BMT-nin 75 illik tarixində üzləşmədiyi problemlər yaradıb. COVID-19 ilk olaraq səhiyyə və sağlamlıq böhranıdır. Lakin, eyni zamanda, o, iqtisadi böhrandır, inkişaf böhranıdır, humanitar böhrandır və insan haqları böhranıdır. Biz "Böyük Böhran"dan sonra ilk dəfə böyük tənəzüllə üzləşmişik. İnsanların gəlirlərdən gözlənilməz azalmalar olub.
Dünya iqtisadiyyaı 4.4 faiz azalıb, son 20 ildə ilk dəfə qlobal yoxsulluğun artacağı ehtimal olunur. Milyonlarla insanın yoxsulluq həddinə çatacağı gözlənilir. Xarici investisyalar kifayət qədər azalıb, ticarət və səyahət məhdudiyyətləri var, turizm sahəsində tənəzzül müşahidə olunur və bütün bunlar milyonlarla insanın həyatına mənfi təsir edir", - deyə Volkan Bozkır bildirib.
Ölkələrin inkişaf trayektoriyasıına toxunan BMT Baş Assambleyasının Prezidenti bildirib ki, onsuz da inkişafı zəif olan və yoxsul ölkələr bu böhrandan ən çox təsirlənənlərdir: "Pandemiya cəmiyyətlərin ən həsas qruplarına ciddi təhlükə yaradıb, qadınlar, uşaqlar, yaşlılar, qaçqınlar, əlillər, miqrantlar, evsiz insanlar bu həssas qrupları təmsil edir. Bu pandemiya insan haqqları ilə bağlı ciddi maneələr yaradıb. Qapanma tədbirləri gender əsaslı şiddətin artımasına, qadınlara qarşı ailədaxili şiddətin artmasına səbəb olub. Gənc nəsil məyusluq içindədir. Çünki onların təhsili, sosial iştirakı və iş imkanları məhdudlaşıb".
BMT Baş Assambleyasının Prezidenti bildirib ki, bəzi ölkələrdə internet imkanlarının zəif olması uşaqların uzaqdan təhsil imkanlarını əllərindən alıb.
Pandemiyanın digər nəticələr barədə danışan Volkan Bozkır stereotiplərin və dezinformasiyanın daha da gücləndiyini bildirib: "Dünya BMT-nin liderliyini, onun irəli çıxmağını və bəşəriyyətin üzləşdiyi ən böyük problemlə mübarizədə vacib addımlar atmağını gözləyir. Heç bir təşkilat BMT qədər geniş mandatlı deyil, BMT buna görə də öndə getməlidir. Bu böhran bizi möhkəmlənməyimiz və qətiyyətli olmağımız üçün, eyni zamanda, BMT-yə inamın güclənməsi üçün bir imkandır. Bu xüsusi sessiya üzv ölkələr üçün tarixi bir andır. BMT, elm adamları və digər maraqlı tərəflər o cümlədən vətəndaş cəmiyyəti bir-birini dinləyəcək, dialoq quracaq və pandemiyanın çoxsaylı nəticələrini müzakirə edəcək. Həmçinin börandan bərpanı daha güclü olmağın yollarını müzakirə edəcək. Mən bu xüsusi sessiyanın çoxtərəfliliyin sınağı olduğuna inanmışam. Bu, bizim dövrümünzün ən vacib problemi ilə bağlı birgə mübarizə yollarımızı müəyyən etməyə imkan verir. Biz COVID-19 pandemiyasına hazır deyildik, lakin növbəti pandemiyalara hazır olmalıyıq. İqlim dəyişikliyinin səbəb ola biləcəyi fəlakətlər və ya qlobal tənəzzül".
Volkan Bozkır qeyd edib ki, koronavirus peyvəndini əldə etmək üçün bərabər imkanlar təmin olunmalıdır: "Pandemiyanın təsirlərindən əziyyət çəkən zəif ölkələrə dəsətək verilməlidir".
Bununla əlaqədar Volkan Bozkır beynəlxalq maliyyə institutlarına da çağırış edib/APA.
Türklər parçalananda Rusiya böyüyür, birləşəndə kiçilir - Bu, tarix boyu təkrarlanan geosiyasi qanundur (təhlil)
"Qardaşım vəfat etməyib" - Əhəd Abıyev
Kəmaləddin Heydərov yeni təyinata imza atıb
Etibar Əhmədov vəzifədən azad olunub
Şəmşad Ağa anasının dəfn mərasiminə buraxıldı - QƏRAR
"ABU-nun saxta diplomlu "məzunu" onu Xidmət rəisi təyin etdirdi..." - Jurnalist jurnalistin statusuna elə şərh yazdı ki... (FOTOLAR)
Daha üç nəfər dəm qazından zəhərlənib (Yenilınib)
Məhkəmənin qərarı olmadan axtarış aparılması... - Cinayət-Prosessual Məcəlləsi dəyişir
Maştağada istixanadan oğurluq edənlər saxlanıldı
ZƏNGİLANIN BU KƏNDİNƏ NÖVBƏTİ KÖÇ OLDU
İsrail İran və müttəfiqlərinin hücumuna hazırlaşır
Xameneinin müşaviri müxtəlif dillərdə paylaşım etdi, bir neçə ölkəni hədələdi: "Görünməmiş cavab olacaq"
İran XİN başçısı ABŞ-a "dialoq əli" uzatdı: "Razılaşmaya hazırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Aİ ilə Azərbaycan arasında mühim məsələlər müzakirə olunub
FED faiz dərəcəsini dəyişmədi
"Azərpoçt”un maşını qəza törətdi
Kremldən Ukrayna və ABŞ-la yeni danışıqlar barədə - Açıqlama
Türkiyənin prezidenti kim olsun? - 26 şəhərdə SORĞU
Kiprli Baş məşqçi: ""Fənərbağça" güclü komandadır"
Prezident İlham Əliyev sərəncam imzalayıb - Xaqani Şirvani ilə bağlı
TikTok"da söyüş söyən musiqiçi həbs olunub
AGENTLİK SƏDRİNİN MAAŞI AÇIQLANDI - Ayda 19500 manat (VİDEO)
Şəmşad Ağanın anası vəfat edib
Məmurlar Naz Lifana minsin! - Eynulla Fətullayev yazır
Əkrəm Əylisli: "Qorxuram ki, evdən çıxaram, küçədə yıxılaram"
İcra başçısının müavini vəzifədən çıxarıldı
AHİK-də dəyişiklik - Mikayıl Cabbarovun müşavirinin əvəzlədiyi aparat rəhbərinə yeni vəzifə verildi (YENİLƏNİB)
Ceyhun Bayramov Çin XİN başçısı ilə görüşüb - Açıqlama (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TRAMP İRANA AÇIQ ŞƏKİLDƏ VAXT QOYDU: "Zaman daralır, anlaşın, yoxsa daha ağır zərbə vurulacaq"
Sabah Bakıda yağıntı intensivləşəcək - Xəbərdarlıq
İlqar Mirzəyev vəzifədən azad edilib
Ayrılığın Büstü...