MN: "AZƏRBAYCANIN 2783 HƏRBÇİSİ ŞƏHİD OLUB" - Son Qarabağ döyüşlərində
03-12-2020 [14:29]
Ermənistanın 27 sentyabr 2020-ci ildə ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır.
Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti Vətən müharibəsində qəhrəmancasına və şücaətlə döyüşərək Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr endirmiş, illər ərzində Ermənistanın işğal altındakı torpaqlarımızda qurduğu mürəkkəb konstruksiyalı mühəndis-istehkam və bunker sistemlərini darmadağın etmiş, bir neçə eşelondan ibarət və sıx şəkildə minalanmış müdafiə xətlərini yararaq torpaqlarımızı işğaldan azad edib:
"Rəşadətli və qorxmaz əsgər və zabitlərimiz əksər strateji yüksəkliklərin, əlverişli döyüş mövqelərinin Ermənistan silahlı qüvvələrinin əlində olması, Ermənistanın çoxsaylı artilleriya, yaylım atəşli reaktiv sistemləri və minaatan qurğularından ibarət sıx atəş zərbələri altında və çətin coğrafi relyef və iqlim şəraitində döyüş apararaq Ermənistanı məğlub etməyə müvəffəq olub.
Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan biridir.
30 ilə yaxın həsrətində olduğumuz torpaqlarımız şəhidlərimizin qanı və canı bahasına işğaldan azad olunmuşdur. Döyüş əməliyyatı planlarının yüksək peşəkarlıqla hazırlanması, yüksək texnologiyaların tətbiqi, müxtəlif qoşun növlərinin fəaliyyətinin səmərəli əlaqələndirilməsi, havada mütləq üstünlüyün əldə edilməsi, ordumuzun manevr qabiliyyəti və digər taktiki və strateji üstünlükləri şəxsi heyətin sıralarında itkilərimizi əsaslı dərəcədə azaltmışdır. Amma müharibə itkisiz olmur.
Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olub. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri təbdirlər görülür. Hazırda 1245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir.
Həlak olan hərbi qulluqçuların adları, təvəllüdü, rütbəsi və keçdiyi döyüş yolu barədə təfərrüatlı məlumatlar əlavə olaraq ölkə ictimaiyyətinə təqdim olunacaqdır. Aidiyyəti dövlət qurumlarının əməkdaşlarından ibarət komissiya bu istiqamətdə fəaliyyət göstərir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Şəhidlərimizin ruhu qarşısında baş əyirik!
Türklər parçalananda Rusiya böyüyür, birləşəndə kiçilir - Bu, tarix boyu təkrarlanan geosiyasi qanundur (təhlil)
"Qardaşım vəfat etməyib" - Əhəd Abıyev
Kəmaləddin Heydərov yeni təyinata imza atıb
Etibar Əhmədov vəzifədən azad olunub
Şəmşad Ağa anasının dəfn mərasiminə buraxıldı - QƏRAR
"ABU-nun saxta diplomlu "məzunu" onu Xidmət rəisi təyin etdirdi..." - Jurnalist jurnalistin statusuna elə şərh yazdı ki... (FOTOLAR)
Daha üç nəfər dəm qazından zəhərlənib (Yenilınib)
Məhkəmənin qərarı olmadan axtarış aparılması... - Cinayət-Prosessual Məcəlləsi dəyişir
Maştağada istixanadan oğurluq edənlər saxlanıldı
ZƏNGİLANIN BU KƏNDİNƏ NÖVBƏTİ KÖÇ OLDU
İsrail İran və müttəfiqlərinin hücumuna hazırlaşır
Xameneinin müşaviri müxtəlif dillərdə paylaşım etdi, bir neçə ölkəni hədələdi: "Görünməmiş cavab olacaq"
İran XİN başçısı ABŞ-a "dialoq əli" uzatdı: "Razılaşmaya hazırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Aİ ilə Azərbaycan arasında mühim məsələlər müzakirə olunub
FED faiz dərəcəsini dəyişmədi
"Azərpoçt”un maşını qəza törətdi
Kremldən Ukrayna və ABŞ-la yeni danışıqlar barədə - Açıqlama
Türkiyənin prezidenti kim olsun? - 26 şəhərdə SORĞU
Kiprli Baş məşqçi: ""Fənərbağça" güclü komandadır"
Prezident İlham Əliyev sərəncam imzalayıb - Xaqani Şirvani ilə bağlı
TikTok"da söyüş söyən musiqiçi həbs olunub
AGENTLİK SƏDRİNİN MAAŞI AÇIQLANDI - Ayda 19500 manat (VİDEO)
Şəmşad Ağanın anası vəfat edib
Məmurlar Naz Lifana minsin! - Eynulla Fətullayev yazır
Əkrəm Əylisli: "Qorxuram ki, evdən çıxaram, küçədə yıxılaram"
İcra başçısının müavini vəzifədən çıxarıldı
AHİK-də dəyişiklik - Mikayıl Cabbarovun müşavirinin əvəzlədiyi aparat rəhbərinə yeni vəzifə verildi (YENİLƏNİB)
Ceyhun Bayramov Çin XİN başçısı ilə görüşüb - Açıqlama (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TRAMP İRANA AÇIQ ŞƏKİLDƏ VAXT QOYDU: "Zaman daralır, anlaşın, yoxsa daha ağır zərbə vurulacaq"
Sabah Bakıda yağıntı intensivləşəcək - Xəbərdarlıq
İlqar Mirzəyev vəzifədən azad edilib
Ayrılığın Büstü...