Prezident daha bir sərəncam imzaladı
03-12-2020 [14:08]
Prezident İlham Əliyev Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb.
Mia.az xəbər verir ki, sərəncamda deyilir:
"XX əsrin 80-ci illərinin sonları-90-cı illərinin əvvəllərində Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxış etmiş və ölkəmizə qarşı hərbi təcavüzə başlamışdır. Həmin dövrdə Azərbaycanda hökm sürən hərc-mərclikdən istifadə edən Ermənistan torpaqlarımızın 20%-ni işğal etmiş, Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşmüşdür.
Azərbaycana qarşı hərbi təcavüzün nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən danışıqlar prosesi Ermənistanın destruktiv mövqeyinə görə nəticə verməmişdir.
2019-cu ildən etibarən isə Ermənistan hərbi-siyasi rəhbərliyinin bir-birinin ardınca verdiyi təxribatçı bəyanatlar və atdığı addımlar danışıqlar prosesini məqsədyönlü şəkildə tamamilə pozmuşdur. Bununla Ermənistan bir daha özünün əsl məqsədinin mövcud status-kvonu möhkəmləndirməkdən və Azərbaycan ərazilərini ilhaq etməkdən ibarət olduğunu nümayiş etdirmişdir.
Ermənistanın qəbul etdiyi təcavüzkar və hücum xarakterli milli təhlükəsizlik strategiyası və hərbi doktrina, işğal edilmiş ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasətini genişləndirməsi, “yeni ərazilər uğrunda yeni müharibə” çağırışı, mülki şəxslərdən ibarət “könüllü dəstələri” yaratmaq qərarı, 2020-ci il iyulun 12-də Ermənistan–Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində təxribat törətməsi, eyni zamanda, bütövlükdə qoşunların təmas xəttində gərginliyi artırması, cəbhə xəttinə yaxın ərazilərdə qoşunlarını cəmləşdirməsi, böyük həcmdə silah-sursat toplaması Ermənistanın genişmiqyaslı hücuma hazırlaşdığını göstərirdi.
Azərbaycan dəfələrlə bəyan etmişdi ki, Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdə qanunsuz mövcudluğu regionda sülh və təhlükəsizlik üçün əsas təhdiddir və hər zaman vəziyyətin gərginləşməsinə səbəb ola bilər.
Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı torpaqlarımızın işğaldan qurtarılması, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün Vətən müharibəsinə başladı. Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı səfərbər və həmrəy oldu.
44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi.
Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdilər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edildi.
Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi, Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur etdi.
Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə qərara alıram:
1. Hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".
Dövlət başçısının digər sərəncamı “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 2 dekabr tarixli 2312 nömrəli sərəncamı ləğv edilib.
Bu ölkələrdən Azərbaycana bütün növ diri quş və quşçuluq məhsullarının idxalına qadağa qoyuldu - Səbəb
TƏBİB-dən peyvənd olunanlar barədə açıqlama: "Halı pisləşən olmayıb"
Dünyada 2086159 nəfər koronavirusdan ölüb - Statistika
Vilayət Eyvazov və nazir müavinləri şəhid hərbi qulluqçusunun vida mərasimində – FOTO
Dillər Universiteti şəhid tələbəsi barədə kitab çap etdirib
Avropa Mərkəzi Bankı faiz dərəcələri ilə bağlı yeni qərar verdi
Azərbaycanda daha 218 nəfər koronavirusa yoluxub, 9 nəfər vəfat edib - Qərargah son məlumatı yaydı
Dollar neçəyə olacaq? – Mərkəzi Bank yeni məzənnəni açıqladı
ŞƏHİD SABİR (Esse)
Orta məktəblərdə bu şagirdlərə "0" qiyməti yazılacaq - Xəbərdarlıq
Nazirlik: "Yanvarın 27-də məktəblilərin qış tətili başlayır"
Qiymətləndirmədən keçən şagirdlərə iki dəfə qiymət yazılacaq
Müdafiə Nazirliyi Füzulidən yeni görüntülər yayıb - VİDEO
Azərbaycan və Türkmənistan prezidentləri videokonfrans formatında görüşüb - Çıxışların TAM MƏTNİ
Ağ Ev: "ABŞ İrana qarşı məhdudiyyətləri gücləndirəcək"
PAŞİNYAN PARLAMENTİN İCLASINDA: "90 % və daha çox azərbaycanlı əhaliyə malik Şuşa erməni şəhəridir?”
Hərbi Prokurorluq: "2858 şəhidin şəxsiyyəti tam müəyyən edilib"
“Qalatasaray” İngiltərədən hücumçu alıb
Merkel: "Biz pandemiyanın çətin mərhələsindəyik"
Azərbaycanda Böyük Britaniya Film Festivalı keçiriləcək
DİN: "Karantin rejimi qaydalarını pozan 3 nəfər həbs, 1296 nəfər isə cərimə olunub"
Qazinin adına yardım üçün açılan bank hesabından pul oğurlanıb
Gürcüstan beynəlxalq məhkəmədə Rusiyanı uddu - 2008-ci il müharibəsi ilə bağlı qərar verildi
İranda daha 6204 nəfər koronavirusa yoluxub
Azərbaycanla Türkmənistan Anlaşma Memorandumu imzalandı: "Bugünkü sənəd tarixi əhəmiyyət daşıyır, çünki..." + FOTOLAR
İcra başçısı koronavirus əleyhinə peyvənd olunub
"Spartak"ın sabiq oyunçusunun meyiti aşkarlanıb
Azərbaycan Premyer Liqasında üz-üzə gələcək komandaların koronavirus testlərinin nəticələri məlum olub
Pərvindən qalmaqala sərt reaksiya: "Hansısa porno ulduzun videosunu montaj ediblər..." - VİDEO
“Real” baş məşqçi dəyişikliyinə hazırlaşır
Çempionlar Liqasının formatı tamam dəyişəcək? - Açıqlama
Deputat Qüdrət Həsənquliyev: "Əgər Qarabağdakı rus sülhməramlılarına beynəlxalq status verilsə və..."
“Vətənvərpərlik mövzusunda ədəbiyyat müsabiqəsi”nin qaliblərinin adları açıqlandı - SİYAHI
Bakı sakinində 5 kq-dan çox narkotiklə saxlanılıb
Azərbaycanda sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin siyahısı genişləndirilir
Azərbaycan yeni dronlar istehsal edəcək
Türkiyənin ən böyük bankı Şuşada filial açır