Baş Prokuror Bərdədə: "Paşinyanın hakimiyyətdə qalmağa heç bir mənəvi haqqı yoxdur"
29-10-2020 [12:19]
“Azərbaycan xalqına qarşı növbəti cinayət törədilib”.
Bu sözləri Baş Prokuror Kamran Əliyev ermənilərin dünən Bərdə şəhərinə endirdiyi raket zərbələrindən dağılmış ərazilərə diplomatik korpusun nümayəndələri ilə birgə baş çəkən zaman yerli və xarici mətbuata açıqlamasında deyib.
Baş Prokuror deyib ki, bu cinayət birbaşa Ermənistanın hərbi-siyasi rəhbərliyinin tapşırığı əsasında törədilib: “Bir daha tam məsuliyyətlə qeyd edirəm ki, bu, Azərbaycanın döyüş bölgəsində uğurları ilə bağlıdır. Biz artıq təhlil, müqayisə aparmışıq. Azərbaycan Ordusu cəbhədə irəlilədikcə, Ermənistan silahlı birləşmələrinə zərbələr endirdikcə, daim Ermənistanın siyasi rəhbərliyi tərəfindən bu kimi göstərişlər verilir və dinc əhaliyə qarşı bu kimi terror aktları törədilir ”.
K.Əliyev qeyd edib ki, baş verənlərlə bağlı təbii olaraq cinayət işi başlanıb: “İstintaq-əməliyyat qrupu dünəndən Bərdə şəhərində işləyir, zəruri olan bütün sübutlar toplanır və toplanılacaq. Tam məsuliyyəti ilə deyirəm ki, dünyada, tarixdə heç vaxt belə cinayətlər törədən şəxslər məsuliyyətdən qaça bilməyiblər və qaça da bilməyəcəklər. Yaxın zamanlara da baxsaq, görərik ki, dünyanın hər yerində bəşəriyyətə, insanlıq əleyhinə, mülki əhaliyə qarşı bu kimi cinayətlər törədən şəxslər son nəticədə məsuliyyətə cəlb ediliblər. Biz də tərəfimizdən lazım olan bütün tədbirləri görəcəyik. Amma bu cinayətin hüquqi tərəfindən başqa mənəvi bir tərəfi də var. Mənəvi tərəfi odur ki, Ermənistan rəhbərliyinin bundan sonra hakimiyyətdə olmağa hansı haqqı var?
Uşaqlara, qadınlara qarşı belə cinayət törədilib. Dünən Bərdədə 21 nəfər dünyasını itirib, onların hamısı qadınlar, ahıl, yaşlı insanlardır. Yaralananlar içərisində çoxlu azyaşlı uşaq da var. Ondan bir gün qabaq da Bərdənin Qarayusifli kəndində 5 nəfərin ölümü ilə nəticələnən terror aktı törədilib. Həmin terror aktı zamanı həlak olanlardan biri də 7 yaşlı qızcığazdır. Hesab edirəm ki, bundan sonra Ermənistan rəhbərliyinin, şəxsən Paşinyanın hakimiyyətdə qalmağa heç bir mənəvi haqqı yoxdur. Əminəm ki, bu məsələ də gec-tez həllini tapacaq”.
Baş Prokuror vurğulayıb ki, Bərdə Azərbaycanın qədim diyarıdır: “Azərbaycanı hər bir diyarı gözəldir, hər birinin özünəməxsusluğu var. Bərdə öz tarixi, mədəniyyəti, qədimiliyi, özünəməxsusluğu ilə Gəncə kimi Azərbaycanda seçilən bir rayondur. Bərdə camaatı çox mərddir. Heç bir şübhəm yoxdur ki, bu insanlar Prezident İlham Əliyev ətrafında sıx birləşəcək və bu hadisəni çox soyuqqanlılıqla qəbul edəcəklər. Bu hadisələr Azərbaycan xalqını daha da möhkəmləndirir, daha da mətin edir”/APA.
Pezeşkian daha iki ölkə lideriylə danışdı, Trampa çağırış etdi: "Biz şərəfli razılaşma istəyirik"
Türkiyənin Tüpraş neft emalı zavodunda partlayış baş verib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Avropa Liqası: "Fənərbağça" - FCSB komandalarnın 11-liyə bəlli oldu
Ceyhun Bayramov İran XİN başçısı ilə danışdı: "Hava məkanı və ya ərazimizdən İrana qarşı istifadəyə icazə verilməyəcək"
"Yuventus" türk klubunun daha bir hücumçusuna "göz qoydu"
Paşinyan: "Çox böyük potensialımız var, enerji sistemimizi Azərbaycan və Türkiyənin..." - "Əgər Rusiya istəməsə...."
TEHRANIN ABŞ-a MÜQAVİMƏTİ: "Əlimiz tətikdə gözləyirik" deyən İranın hərbi gücü ilə bağlı - ARAŞDIRMA
Avropa İttifaqı SEPAH-ı "Terror siyahısı"na aldı, Tehrana sərt mesaj verdi: "Öz xalqını öldürən rejim sonunu hazırlayır"
"Trobzonspor"un oyunçusu "Gənclərbirliyi"nə keçib
Kristjan Asllani İstanbula gəlir
WUF13:tərəfdaş tədbirlərinə qeydiyyat müddəti uzadılıb
583, 586 əyar və diş qızılı.. - Qiymət Azərbaycanda nə qədər qalxıb?
Nazirlikdə nöqsanlar aşkarlanıb
General rütbəsi verilən gömrükçülər kimlərdir? - FOTOLAR
Tərtərin prokuroru vəzifədən azad olunub
"Beşiktaş"ın prezidenti: "Vəzifəmin başındayam"
“Kapital Bank”ın haqsız faiz siyasəti - İqtisadçı yazır
Ədliyyə Nazirliyi bu QHT-nin ləğvini istəyib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Xəzər rayonunda üç evdən oğurluq olub
Özü 20 min, müavinləri 15 min, köməkçiləri 10 min manat alan Agentlik sədri... - Mətbuat katibi maaşla bağlı sualdan yayındı
Şadlıq evlərindən baha olan restoranlar: bir nəfərin yeməyi neçədən başlayır? - SİYAHI
Xəzərin sahilində nəhəng beton bünövrələr üzə çıxıb
FİFA Türkiyə klubunu cəzalandırdı - Polşalı qapçıya gərə
ABŞ Səfirliyi “Qarabağ”ı təbrik edib
HƏBS TƏHLÜKƏSİNDƏ OLAN ŞƏXSƏ AHİK-in QAPSI NECƏ AÇILDI? - "Birdən-birə niyə belə bir oyuna əl atıldı?"
Almaniya əhalisi azalıb - 2020-ci ildən bəri ilk dəfə...
Əli Əsədov yeni qərar imzalayıb
İranın vitse-prezidenti xalqdan üzr istədi
Bəylər Eyyubovun qardaş oğlu həbsdən buraxılmadı - Məhkəmə prosesi
Masallıda 2 uşaqlı ananın üçəmi də dünyaya gəlib
Regional İdarə rəisi vəzifədən azad olunub
Azərbaycan Milli Hidrogen Strategiyasının tətbiqinə dair İşçi Qrupun iclası keçirilib
Torpaq vergisi bəyannaməsi ilə bağlı müddəti dəyişib
“Məndən nə istəyirsiniz?” – Rəqsanə canlı yayımda ağladı (VİDEO)