Sabirabad rayonundakı 15 kəndin əhalisi ölkə prezidentinə  müraciət ediblər.

Mia.az-a daxil olan müraciətdə onlar rayonda çoxunun "Ulacalı” yolu kimi tanınan Şirvan-Sabirabad magistral yolunun təmirinin yarımçıq saxlanılmasından şikayətçidirlər.

Rayon sakinləri bildirirlər ki, əslində, bu yolun təmirinə ayrılan pullar rayon icra hakimiiyyəti ilə "Azəravtoyol” tərəfindən mənimsənilib:

"Yaxşı bilirik ki, bu magistral yolun təmiri üçün proezident bpyük məbləğdə pul ayırıb. Ancaq cavabdeh qurumlar nəinki yolu axıra qədrə təmir ediblər, əskinə, yuxarıları aldadıblar.

Belə ki, yolun Şirvan körpüsündən rayonumuza doğru 10 km-nə yaxını təmir olunub.. Sabirabad tərəfdən isə 5-8 km təmir edilib, asfaltalandıqqdan sonra işin başını buraxıblar. Bəli yolun başlancıq və sonunda bir neçə km-lik iş görüblər, ortası isə təmirsiz buraxılıb. Bu isə açıq şəkildə elə ölkə prezidentinin də aldadılması deməkdir. İllərdir 15 kənd – Həşimxanlı, Axtaçi,  Mürsəlli, Qaralar, Ulacallı və sair kəndlərin sakinləri olaraq, bizlər bu yoldan evimizə gedib gələ bilmirik.

Ona görə görə də prezidentdən xahiş edirik, bu problemin həll edilməsində bizə köməklik eləsin” .