"Azəriqaz"da daha bir yüksək vəzifəyə təyinat olub.
Mia.az xəbər verir ki, müvafiq əmrlə Fərhad Mədətov Baş Direktorun maliyyə üzrə müavini təyin edilib.
O, 2 iyun 1979 cu ildə Bakı şəhərində anadan olub. Azərbaycan Texniki Universitetinin Nəqliyyat fakültəsini bitib.
Bu ilin mart ayında isə özəl sahədən birbaşa "Azəriqaz" İB-nin Baş Direktorun müşaviri vəzifəsinə gətirilib. Cəmi 3 ay sonra isə hazırkı vəzifəsinə təyinat alıb.
Xatırladaq ki, "Azəriqaz"da ötən ay daha iki müavin təyinatı həyata keçirilib.
Firudin Səfərli
MİA.AZ