Ağdam rayonu, Yüsifcanlı kəndi ərazisində mülki şəxs minaya düşüb.

Mia.az xəbər verir ki, kənd sakini 1985-ci il təvəllüdlü Abbasov Ceyhun Firdovsi oğlu minaya düşərək xəsarət alıb.

Hadisə ilə bağlı dərhal ANAMA əməkdaşları əraziyə cəlb olunub. Hazırda zərərçəkmiş şəxsin təhlükəli zonadan çıxarılması istiqamətində tədbirlər görülür.

Faktla bağlı araşdırma başlanıb.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə minalar hələ də ciddi təhlükə mənbəyi olaraq qalır və vətəndaşlara bu zonalarda ehtiyatlı olmaları tövsiyə olunur.

***

Minaya düşən C. Abbasovun sol ayağının dizdən aşağı hissəsi amputasiya olunub.

***

Ağdam rayonunun Yusifcanlı kəndində minaya düşən şəxsin vəziyyəti orta ağırdır.

Bu barədə Bərdə Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, baş verən mina hadisəsi səbəbilə 1985-ci il təvəllüdlü şəxs Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Sol aşağı ətrafın baldırın aşağı 1/3 travmatik amputasiyası diaqnozu təyin olunan pasiyentin müalicəsi davam etdirilir.