Bu gün yağan güclü yağış Bakıda bir çox ərazilərdə, o cümlədən Sabunçu rayonu, Sabunçu qəsəbəsində böyük problemlərə yol açıb.
Mia.az xəbər verir ki, dəmiryolu stansiyası ətrafındakı küçə və yaşayış evlərinin həyətlərini də su basıb.
Sakinlərin Mia.az-a verdiyi məlumata görə, artıq küçələr keçilməz haldadır, lakin bir dövlət qurumu belə vəziyyətlə maraqlanmır.
Samir MUSAYEV
MİA.AZ