Ölkə əhalisinin sayı ilin əvvəlindən 14 205 nəfər və ya 0,14 faiz artıb.

Mia.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, 2025-ci il iyun ayının 1-nə olan məlumata əsasən, əhalimizin sayı 10 milyon 239 min 94 nəfərə çatıb.

Ölkə əhalisinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.