"Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı sosial media hesabında çox maraqlı məlumat paylaşıb.
Mia.az bu sensasion məlumatın aktuallığını nəzərə alaraq, onu oxuculara təqdim edir:
"Neftçi bizə yazır:
Hörmətli Mirvari xanim, sizə "skrinşot"larla təqdim etdiyim, hazirda SOCAR İRD-nin portalinda elana çıxarılmiş 5-ci dərəcəli neft-qaz çıxarma operatoru vakansiyasının tələblərinə dair bəzi suallara aydinlıq gətirilməsi üçün öz facebook səhifənizdə buna şərait yaratmağınızı xahiş edirəm. Çünki burada müəyyən uyğunsuzluqlar var. Vakansiyanın bəzi məlumat və tələblərini ardıcıllıqla qeyd edək:
1) Vakansiya Neft Daşları İşçiləri üçün nəzərdə tutulub.
2) Vəzifə öhdəlikləri (funksiyalar) bölməsində
"Sadə və orta mürəkkəblikdə olan müvafiq qurğu, cihaz və avadanlıqların quraşdırılması və sökülməsi işində RƏHBƏRLİK etmək" cümləsi yazılıb.
3) Tələb edilən iş stajı yoxdur (ən maraqli hissə).
4) 4-cü dərəcəli neft qazçıxarma operatorunun vəzifə təlimatında isə yazılıb: O, daha yüksək ixtisasli operatorun rəhbərliyi altında sairə
işlərdə iştirak etməlidir;
İndi isə gəlin bu istehsalat mənzərəsini təsəvvür edək: Deməli, bu vakansiya elana çıxdıqdan sonra idarənin hansısa sexində çalişan və müvafiq orta ixtisas təhsili olan bir işçi (məsələn: bir xərrat, bir dülgər və s) həmin vakansiyaya müraciət edir, nəzəri cəhətdən yaxşıca hazirlaşır və imtahan sullarını cavablandıraraq həmin vakansiyanın qalibi olur. Təbriklər! Əla, gözəl! Təyinat alir aidiyyətı sahəyə və vəzifə funksiyasini icra etməyə başlayır.
Burada bizim möhtərəm cənablara sual yaranır:
-Bu işçi ömründə neft quyusu, aqreqat, hava kompressoru və s. ilə işləməyə-işləməyə necə o işləri təhlükəsiz və effektiv icra edəcək. Özü hec, hələ özundən əlavə tabeçiliyində qat-qat illərin təcrübəsinə malik olan, hətta 12-ci dərəcəli neft-qaz çıxarma ustasının işini sərbəst apara bilən o yazıq, o binəva 4-cü dərəcəli operatora da rəhbərlik edəcək? Bu, nə qədər absurd, bu, nə qədər anormal, bu, nə qədər qeyri - peşəkar bir yanaşmadir?!
Mən özüm bir necə dəfə dərəcə kurslarında olmuşam. Oradan da bilinir ki, dərs proqraminda fontan və qazlift quyuları barədə vəsait çox zəif səviyyədədir. Əsas nefti verən bu iki üsul olsa da, nədənsə dərslərdə və imtahan suallarinda ancaq gücü verirlər mancanaq dəzgahlarına. Sonra da mancanaq mütəxəssisləri gəlir dənizdə kompressor quyuları ilə rastlaşanda, ças-baş qalırlar ki, bu nədir.
İnsan Resursları Departamentində bəlkə də elə bilirlər neft-qaz çıxarma operatoru xarici şirkətlərdəki kimi oturur kompüter pultunun arxasında və kabinet şəraitində düymələrə basaraq işləyir? Xeyr!
Neft qaz çıxarma operatorları elə mürəkkəb və təhlükəli iş şəraitində işləyir ki, o barədə hec bir dəftər-kitabda və standartlarda yazılmayib.
Bu, çox məsuliyyətli və xüsusi biliklər tələb edən peşədir, nəzərə alsaq ki, söhbət sutkalıq debiti 30-50-80 tonluq neft quyuları ilə işləməkdən gedir. Buna gorə də, bu işdə işləmək üçün peşə təcrübəsi mütləq olmalidir, cənablar! Bu söhbət yenə də gəlir dəvəni eşşəyin quyruğuna bağlayan ərəbin misalına çıxir.
Yenə də özünüz bilərsiniz, neynirsiz edin. Onsuz da sizlərə qanun-qayda, təklif və s. ümumi işin xeyrinə olan sözlər dedikdə, siz onu başqa cür başa düşürsünüz.
"Ən yaxşi işə qəbul təcrübəsi" və s. üzrə nominasiyalar üzrə keçirilən korporativ tədbirlərdən savayı, yaxşı olar yuxarıda qeyd olunan məsələlərə də diqqət ayrılsın.
Samir MUSAYEV
MİA.AZ