"Şahdağ Xeyriyyə İB” oktyabr ayı ərzində ardıcıl olaraq Quba, Qusar, Xaçmaz və Şabran rayonlarında "Azərbaycanın Dövlət Müstəqilli ilə bağlı ictimai tədbirlərinin keçirilməsi” adlı layihəsi üzrə icra planına uyğun tədbirlər keçirib.

Mia.az xəbər verir ki, tədbirdə 200 dən artıq məktəblilər, gənclər, müəllimlər, media işçiləri, İcra Hakimiyyətləri nümayəndələri, (QHT rə sədri), Quba rayonu üzrə Mənsur Ağayev ( Gənclər və İdman idarə rəisinin müavini), Ramin Mahmudov (Yurd QHT sədri), Aynur Yəhyayeva ( Quba rayon İcra Hakimiyyətinin baş məsləhətçisi), Anar Murtuzov (fizika müəllimi) İctimai Televiziya əməkdaşları; Qusar rayonu üzrə Kamala Qırıçova (İcra Hakimiyyətinin baş məsləhətçisi), Fərzəliyev Vadim (İcra Hakimiyyətinin məsləhətçisi), İskəndər Çirimov (hərbi müəllim) və bir neçə məktəb müəllimləri; Xaçmaz rayonu üzrə Əlifxanov Azad (Xaçmaz rayon Mərkəzi Kitabxanasının müdüri), Hətəmova Rəhimə (Xaçmaz rayon uşaq kitabxanasının müdüri), Əhmədov Zeynal ( Mərkəzi kitabxananın şöbə müdiri) və başqa müəllim yoldaşlar; Şabran rayonu üzrə isə Daşqın Məmmədov (İcra Hakimiyyətinin məsul işçisi), Rahid Mərdanov (Heydər Əliyev Mərkəzinin direktoru) və bir neçə müəllim yoldaşlar;Tədbirdə çıxış edərək - "Azərbaycanın Müstəqilliyinin bərpasının 25 illiyi ilə bağlı, Ulu Öndər Heydər Əliyevin bu sahədə göstərdiyi xidmətlərdən, respublikamızın qüdrətli bir dövlətə çevrilməsindən, beynəlxalq nüfuzunun artmasından geniş söhbət açıblar.

Sonra layihənin rəhbəri, Şahdağ Xeyriyyə İB- nin sədri Rəhilə Teymurova tədbirlərin əvvəlində tədbir iştirakçılarına salamlarını və təşəkkürünü bildirdiyi kimi, layihənin icra planı üzrə görəcəyi işlərdən danışdı. Azərbaycanın müstəqilliyinin bərpasının 25 – ci il dönümü ərəfəsində həyata keçirdiyi layihənin aktuallığından geniş danışıb.

R.Teymurova Ulu Öndər Heydər Əliyevin əmək fəaliyyətindən, respublikamızın daxili və xarici siyasətinin Ulu Öndər tərəfindən uzaqgörən siyasi perespektivlər əsasında inkişafından danışdı və Heydər Əliyevin 1993 – cü ildən yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycanda baş verə biləcək vətəndaş müharibəsinin qarşısının alınmasını vurğuladı.

Layihə rəhbəri R. Teymurova çıxışının sonunda, Heydər Əliyevin çoxşaxəli fəaliyyəti, vətən və xalq qarşısında ölçüyəgəlməz misilsiz xidmətlərinin ən dəyərli bir nümunə olaraq Azərbaycan xalqının qəlbində daima fərəh hissi ilə yaşayacağını söylədi.

Tədbirlərin gedişatı dövründə, tədbir iştirakçılarına dövlət bayraqları, icra planı üzrə çap olunmuş 400- ə qədər buklet paylanmış, əhali arasında sorğu keçirilmiş və oktyabrın 4- də Azərbaycan Televiziyasının "xəbərlər” proqramında maarifləndirici xarakterli tədbir işıqlandırılıb.

Tədbirlərin sonunda tədbir iştirakçılarına çay süfrəsi verilmişdir, xatirə fotoları və video çəkilmişdir.