AMEA Mərkəzi Nəbatat Bağının Nadir və nəsli kəsilməkdə olan bitkilər laboratoriyasının baş elmi işçisi, b.e.d., dosent Kərəm Əsədov "Avropa Nəşr Mətbu evi” tərəfindən "Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalına və diploma layiq görülüb.
Bu barədə Mia.az-a adıçəkilən qurumdan verilən məlumata görə, mükafat tədqiqatçıya milli mənəvi dəyərlərimizin qorunmas və istedadlı gənc alimlərin hazırlanmasında səmərəli fəaliyyətinə və cəmiyyətdəki fəal ziyalı mövqeyinə, çoxsaylı elmi-publisistik kitablarına, gənclərdə vətənpərvərlik hisslərinin aşılanmasında, ölkədə biologiya elmlərinin inkişafı tarixində göstərdiyi xidmətlərinə görə verilib.
Qeyd edək ki, alim Kiçik Qafqazda meşə tiplərinin müəyyənləşdirilməsi, Azərbaycan meşələrinin yabanı meyvə bitkilərinin xəritəsinin tərtibi, yabanı meyvələrin qruplara görə fenoloji fazalarının tədqiq edilməsi sahəsində uğurlu elmi-tədqiqatlar aparıb, ümümilikdə 102 elmi əsəin 8 monoqrafiyası müəllifidir.