Mina Qurbanlarının Sosial-İqtisadi Probelmlərinin Həllinə Kömək Ictimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2016-cı il üçün maliyyə yardımının alınması barədə elan etdiyi müsabiqədə "Regionlarda şəhid ailələrinə və Qarabağ müharibəsi iştirakçılarının məşgulluğunun artırılması və işsizliyinin aradan qaldırılması” layihəsi ilə iştirak etmiş və müsabiqənin qaliblərindən olmuşdur. Bu barədə birlik.az saytına qurumun mətbuat xidmətindən məlumat daxil olmuşdur.

Təşkilat hal-hazırda Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə "Regionlarda şəhid ailələrinə və Qarabağ müharibəsi iştirakçılarının məşgulluğunun artırılması və işsizliyinin aradan qaldırılmasılayihəsini həyata keçirir. Layihənin əsas məqsədi şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları və onların ailə üzvləri arasında sorğu keçirilərək onların sosial problemlərini müəyyənləşdirmək, İcra hakimiyəti orqanları və Məşğulluq ilə əməkdaşlığın qurulması, təkliflər paketinin şəhid ailələri, Qarabağ müharibəsi iştirakçıları və onların ailə üzvləri arasında təkliflər paketinin ictimai müzakirəyə çıxarılması, həssas qrupa daxil olan hədəf qrupunun peşə yönümlülüyünün öyrənilməsi, İcra strukturlarına və Məşğulluq Mərkəzlərinə təkliflər paketinin verilməsi istiqamətində tədbirlər keçirməkdir. Layihə çərçivəsində Binəqədi, Ağdaş, Şəki, Qəbələ, İsmayıllı, Qax, Xaçmaz və Qusar rayonlarında tədbirlər keçirilmişdir. Həmin rayonlarda İcra Hakimiyəti orqanları və Məşğulluq Mərkəzləri də iştirak edərək, mövzu ilə bağlı ictimai müzakirələr aparılmışdır. Sözü gedən layihənin sonunda təşkilatın təqdim etdiyi təkliflər paketi məhz məşğulluqla və tutizm bölgələri ilə bağlı olduğu üçün son nəticə və təklifləri Əmək və Əhlinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Məşğulluq Xidməti, Azərbaycan Resublikası Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri ilə birgə ictimai müzakirəsini aparacaqdır.

Tədbir, 11 oktyabr saat 14:00-da Binəqədi rayonu, Azadlıq prospekti 161B ünvanında keçiriləcəkdir.