Türkiyədə Ali Məhkəməsinin (Yargıtay)  sədri Mehmet Akarcanın 4 illik səlahiyyət müddəti aylar əvvəl başa çatsa da, hələ də yeni sədr seçilməsi mümkün olmayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, indiyə qədər sədr seçimi ilə bağlı 35 dəfə seçki keçirilsə də, 3 namizəddən heç biri yetərli səsi toplaya bilməyib.

Məlumata görə, 36-cı tur seçkisi ərəfəsində isə gözlənilməz olay yaşanıb.

Belə ki, 3-cü Cəza Kollegiyasının sədri Muhsin Şentürk namizədliyini geri götürüb: "Bununla da mayın 13-də keçiriləcək 36-cı səsvermədə hazırkı sədr Mehmet Akarca ilə 3-cü Mülki Palatanın sədri Ömər Kerkez yarışacaq".

Xəbərdə deyilir ki, Mühsin Şentürk namiizədliyini Mehmet Akarcanın xeyrinə geri çəkib.

O, geriçəkilməni belə izah edib: "Prosesdəki tıxanmaların aradan qaldırılması və məhkəməmizin institusional nüfuzunu qorumaq üçün namizədlikdən geri çəkildim".

Lamiyə Əhmədli

MİA.AZ