“Livanın cənubundakı vəziyyət İsrailin hücumlarına görə dözülməz və faciəli forma alıb”.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Livan Prezidenti Cozef Aun Beyrutdakı Baabda Sarayında "Ghassan Skaf Milli Forumu"ndan nümayəndə heyətini qəbul zamanı deyib.
Çıxışında İsrailin ölkəsinə qarşı hücumlarına sərt dillə pisləyən ölkə başçısı bildirib ki, İsrailin iddiasına baxmayaraq, Livandan onlara hər hansı bir təhlükə olmayıb və yoxdur: “Livanda heç kim müharibə tərəfdarı deyil. Biz İsrail ilə danışıqlar prosesinə başlamaq üçün beynəlxalq aləmdə səylərimizi davam etdiririk. Bir daha Tel-Əviv rejimini birbaşa danışıqlara çağırırıq”
Tahir Şəlvəli
MİA.AZ