İsrail Knesseti (Parlament) dünyanın diqqətini çəkən qanun layihəsini qəbul edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, mübahisəli layihə fələstinli əsir və məhkumların edamına əsas verəcək.
Məlumata görə,beynəlxalq tənqidlərə səbəb olan qanun layihəsi Knesset Baş Assambleyasında 62 səsə qarşı 48 səslə qəbul olunub.
Xəbərdə deyilir ki, İsrail Baş naziri Binyamin Netanyahunu da bu qanun layihəsinə səs verənlər arasında olub.
Son səsvermə zamanı Demokrat Partiyasının parlament üzvü Gilad Kariv ilə qanun layihəsini dəstəkləyən ifrat sağçı parlament üzvləri arasında sözlü qarşıdurma baş verib.
Tahir Şəlvəli
MİA.AZ