ABŞ-da Prezident Donald Trampın fəaliyyətindən narazıların sayı kəskin artıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu, ölkədə keçirilən sorğuda bir daha təsdiqlənib.
Məlumata görə, sorğu iştirakçıların 62%-i Prezident Donald Trampın fəaliyyətindən narazı olduğunu açıqlayıb: ”Massaçusets Amherst Universiteti tərəfindən 20-25 mart tarixləri arasında keçirilən sorğuda iştirak edənlərin 62 faizi ona “yox” deyib. Cəmi 33%-i onu təqdir edib, 5 faiz isə sualı ya cavablandırmayıb, ya da neytral qlaıb”
Sorğuya qatılanlar İrana hücuma da rəy verib: “63 faiz müharibə qərarını pisləyib, 29%-i Trampın İrana hücumlarını dəstəkləyib”
Amerikalılar ölkədəki iqtisadi və social vəziyyətin də yaxşı olmadığı qənaətindədir. Belə ki, sorğu iştirakçıların 24%-nin Trampın inflyasiya ilə bağlı çox müsbət iş gördüyünü deyib. Lakin 71% faiz əksinə düşünür, onlar vəziyyətin heç də yaxşı olmadığını iddia ediblər.
Hüseyn Namazov
MİA.AZ