Pakistanın xarici işlər naziri İshaq Darın Çinə səfəri edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, Pekində Çinin xarici işlər naziri Vanq Yi ilə görüşüb.

Çin mediası yazır ki, görüşdə ÇİN XİN başçısı ABŞ və İsrailin İrana hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb. 

Nüvə obyektlərinə hücumlara qarşı olduqlarını da  xüsusi vurğulayan Vanq Yi probemin yeganə həll yolunun diplomatiya olduğunu dilə gətirib.

Çinli nazir pakistanlı həmkarı ilə görüşdə Hörmüz boğazında gərginliyin azaldılması və dəniz təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb. O, Pakistanın savaşın dayandırılması və boğazdakı Çİn gəmilərinin təhlüksəiz keçidinə verdiyi dəstəyə görə də təşəkkür edib.

Pakistan XİN başçısı da öz növbəsində deyib ki, ölkəsi müharibənin dərhal dayandırılması və problem dialoqla həllinə tərəfdardır.

Tahir Şəlvəli
MİA.AZ