İsrail ordusunun Qəzza zolağının Nusayrat Qaçqınlar Düşərgəsindəki bir evə hücum edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Qızıl Aypara Cəmiyyəti açıqlama verib.

Bildirilib ki, İsrail ordusu düşərgədə bir evi bombalayıb: "Nəticədə bir nəfər ölüb, 5 nəfər ağır yaralanıb".

Xatırladaq ki, 7 oktyabrdan bəri Qəzzada 34568 fələstinli həlak olub, 77 765 nəfər isə yaralanıb.

Tahir Şəlvəli

MİA.AZ