"İran MAQATE müfəttişlərinin ölkəyə girişinə qadağa qoymayıb".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) müfəttişlərinin təftişinə mane olmaları barədə iddiaya cavabda deyib.

O bildirib ki, hazırda 130-dan çox beynəlxalq müfəttiş İrandadır: "Onlar çox rahat şəkildə öz işlərini görürlər".

İslami MAQATE prezidenti Qrossinin mayın 6-8-də İsfahanda keçiriləcək Beynəlxalq Nüvə Elmləri və Texnologiyaları Konfransında iştirak edəcəyini bildirib.

Samir Musayev

MİA.AZ