Hizbullah Hərəkatı İsrailin sərhəddəki tankını idarə olunan raketlə vurub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Livan mediası məlumat yayıb.

Bildiriliib ki, sərhəddə yerləşən Metula qəsəbəsində mövqe seçən tankın vurulması nəticəsində İsrail əsgərləri arasında ölən və yaralananlar olub.

Ölən və yaralanan əsgərlərin sayı haqda əlavə informasiya verilməyib.

İsrail tərəfi bu açıqlamanı nə təsdiq, nə təkzib edib.

Zülfiyyə

MİA.AZ