Fransanın paytaxtı Parisdə bir binada güclü yanğın baş verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Parisin "İtalyanlar Bulvarı" yaxınlığındakı binada gecə yarısı yaşayış binasının 6 və 7-ci mərtəbələrini əhatə edən yanğın nəticəsində 3 nəfər yanatraq ölüb.

Məlumata görə, bir nəfər isə ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Bildirilib ki, yanğın binanın 7-ci mərtəbəsində yerləşən mənzildə qaz sızması nəticəsində baş verib.

Lamiyə Əhmədli

MİA.AZ