Moldova mətbuatı Dövlət Komissiyasının sədrinin Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi ilə görüşündən yazıb
14-10-2020 [21:32]
Moldovanın TRIBUNA informasiya portalında Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir, Girov və İtkin düşmüş Vətəndaşlarla İş üzrə Dövlət Komissiyasının sədri Əli Nağıyevin Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri Ariana Bauer ilə görüşünü işıqlandırılıb.
Mia.az-ın məlumatına görə, məqalədə Əli Nağıyevin Ariana Bauerə Ermənistan Respublikası tərəfindən beynəlxalq humanitar hüququn pozulması, erməni tərəfinin cinayətləri, o cümlədən mülki şəxslərin milli, irqi, dini düşmənçilik və ya ədavət əsasında qəsdən öldürülməsi, habelə əmlaklarının qəsdən məhv edilməsi barədə məlumat verdiyi bildirilir.
Bundan əlavə qeyd edilir ki, Azərbaycan tərəfi görüşdə Qırmızı Xaç təmsilçisinə humanitar atəşkəsin qüvvəyə mindiyindən yarım saat sonra Ermənistan tərəfindən pozulduğunu, habelə 11 oktyabrda Gəncə şəhərinə raket hücümu nəticəsində 10 nəfərin həlak olduğunu, 34 nəfərin, onların içində 10 qadın və 5 uşaq olmaqla xəsarət aldığı barədə məlumat vermişdir.
Bununla yanaşı məqalədə deyilir ki, görüşdə vurğulanmışdır ki, 27 sentyabrdan bəri Ermənistan silahlı qüvvələrinin münaqişə və döyüş bölgəsinə aid olmayan Azərbaycan yaşayış məntəqələrinə ağır artilleriya və raket hücumları nəticəsində 41 mülki şəxs həlak olmuş, 211 nəfər yaralanmiş, 1200-dən çox ev və mülki obyektlər dağıdılmışdır.
Həmçinin, yazıda qeyd edilir ki, Dövlət Komissiyasının sədri Əli Nağıyev sosial şəbəkələrdə yayılan videokadrlara toxunmuşdur, erməni hərbçiləri tərəfindən öldürülən Azərbaycan hərbçilərinin cəsədlərində təhqiredici hərəkətlərin nümayiş olunduğunu, bunun Cenevrə Konvensiyasının 16 və 17-ci maddələrinin ciddi şəkildə pozulmasının sübut etdiyini qarşı tərəfə çatdırmışdır.
Yazıda bildirilir ki, Ariana Bauer BQXK ilə Dövlət Komissiyası arasında konkret nəticələr göstərən qarşılıqlı fəaliyyətin konstruktivliyini vurğulamış, səmərəli əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə ümid etdiyini qeyd etmişdir.
Yazı ilə aşağıdakı linkdə tanış olmaq mümkündür:
Rəfah Sərhəd Keçid Məntəqəsi açılıb
Həbsxananın keçmiş rəisinin meyiti tapıldı - Xırdalanda
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində: yeni sənədlər imzalandı - FOTOLAR (Yenillənib)
"Velizarofficial" adlı səhifənin idarəçi saxlanldı
Bakıda Xalq artistinin oğlu döyülüb (Yenilənib)
Azercell Gənclər Günü ərəfəsində Beynəlxalq İnformatika Olimpiadası üzrə milli komanda ilə görüş keçirib - FOTOLAR
"Kim, mən? Heç yerdə dindirilib eləməmişəm" - Sabiq icra başçısından daha bir açıqlama
İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramına qeydiyyat davam edir - Gənclərin nəzərinə
Qaz borusu partlayıb, yaralılar var (YENİLƏNİB)
GENERALLAR YENİ VƏZİFƏLƏRİNDƏ HANSI RÜTBƏ DAŞIYACAQLAR? - Detallar
Gürcüstanda xarici maliyyələşmə və siyasi fəaliyyətlə bağlı qaydalar sərtləşdirilir
Rusiya ordusu Xarkovda bazara zərbə endirib, yaralılar var
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Deputat: "Fövqəladə hallarla bağlı satınalmalar və xidmətlər sürətli rəsmiləşdirilməlidir"
Hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
KİV: İran və ABŞ nüvə sazişi üzrə danışıqları bərpa edir
Ermənistan Hindistanla hərbi-texniki əməkdaşlığı davam etdirməyə hazır olduğunu bəyan edib
Trampın xüsusi elçisi sabah İsrailə səfər edəcək
İranda iğtişaşlarda iştiraka görə 4 əcnəbi həbs edilib
5 rayonda tədbirə 310 min manat xərclənəcək - Komitə yeni ilin ilk ayından büdcənin "başını açıb"
Niderland vətəndaşı Ermənistanda həbs edilib
"Fənərbağça" gənc oyunçunu icarəyə götürüb
"Barselona" Fermin Lopezin müqaviləsini uzadıb
Portuqaliya "Kristin" fırtınasından sonra bərpa işləri üçün 2,5 milyard avro ayıracaq
"Yuventus" Mauro İkardini radarına alıb - Danışıqlar başlayıb
"Fatih Karagümrük" oyunçusu ilə yollarını ayırdığını açıqlayıb
"Beşiktaş" Aqbadu üçün yenidən danışıqlara başlayıb
Ciro İmmobile "Paris FC" klubuna keçid edib
Sabahın hava proqnozu açıqlanıb
Nigeriya qoşunlarını Benindən çıxarır
Onlar İTV-nin Yayım Şurasının üzvü seçildi - MM təsdiqlədi
"Pensiyalar yaxın günlərdə artacaq" - Deputat
Baş Prokurorluqda yeni təyinat olub
İKİ KOMİSSİYA YENİDƏN FORMALAŞDIRILDI - Bu deputatlar üzv oldu
Manyak milyarderdən hamilə qalan şahzadə üzr istədi: "Peşmanam, bu, utanvericidir!"
Sedat Peker məşhur aktrisanın borcunu bağlayıb - 2 milyon TL-dən çox
Müdafiə Nazirliyi açıqlama yayıb
NAXÇIVANLA BAĞLI QƏRAR TƏSDİQLƏNDİ - Ali Məclis və Nazirlər Kabinetinin səlahyyəti azaldı - Başqa hansı dəyişikliklər var?
Azərbaycan Gənclərinin XI Forumu keçirilir - FOTO
"Səfalı" MTK-dan mənzil alan sakinlər şikayətçidirlər - VİDEO