BU GECƏ DÜŞMƏNİN 3 UZAQVURAN RAKET KOMPLEKSİ BELƏ VURULDU - General və MN xüsusi əməliyyatın detallarını açıqladı + VİDEO

img

14-10-2020 [17:33]


“Oktyabrın 12-də Mingəçevir və Gəncə şəhərinə Ermənistan ərazisindən raket zərbəsi endirilib. Əgər dünən həmin raket kompleksləri məhv edilməsəydi, bu raketlər Bakıya da çata, hətta Dağlıq Qarabağa keçsə, məsafəsi Bakını da ötə bilərdi”.

Mia.az xəbər verir ki, bunu bu gün xarici ölkələrin səfirləri, Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelərin və beynəlxalq təşkilatların (BMT, Aİ, BQXK) ölkəmizdəki nümayəndələri üçün keçirilər brifinqdə Hərbi Hava Qüvvələri komandanının müavini, HHQ-nin Qərargah rəisi, general-mayor İkram Əliyev bildirib.

Onun sözlərinə görə, ballistik raketlərə qarşı xüsusi əməliyyat nəticəsində oktyabrın 12-də Qubadlı rayonu ərazisində 1 ədəd "Toçka-U" raketi məhv edilib: “Oktyabrın 14-də gecə saat 1 radələrində 2 ədəd, səhər 8.30 radələrində 1 ədəd olmaqla “Elbrus” raket kompleksi Azərbaycan Ordusu tərəfindən aşkarlanaraq məhv edilib. 300 km atış məsafəsinə sahib "Elbrus" raketi Dağlıq Qarabağa gətrilərdisə, Bakıya da çatardı. Kəşfiyyat məlumatlarına görə, Dağlıq Qarabağda yerləşən ümumqoşun hissələrində belə raket yoxdur. Bu, Ermənistanın 71-ci raket alayının tərkibindədir”.

Xatırladaq ki, az əvvəl Azərbaycan Müdafiə Nazirliyi bölmələrimiz tərəfindən məhv edilən Ermənistan silahlı qüvvələrinə məxsus əməliyyat-taktiki raket komplekslərinin (ƏTRK) mülki əhalimiz və yaşayış məntəqələrimizi atəşə tutmaq məqsədilə start mövqeyinə çıxarılmasının videogörüntülərini yayıb.

Mia.az videogörüntüləri təqdim edir:

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA