Azərbaycan Ordusunun əsgəri hərbçi yoldaşını güllələyib

img

14-11-2013 [12:58]


Azərbaycan Ordusunda daha bir silahlı insident qeydə alınıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə hadisə cəbhə bölgəsində yerləşən "N"saylı hərbi hissədə baş verib.

Hadisə ordumuzun 19 yaşlı əsgəri, Elman Süleymanovun tabeliyində olan avtomat silahdan istifadə zamanı təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verib. Nəticədə E. Süleymanovun əsgər yoldaşı, 19 yaşlı Natiq Əsədova güllə dəyib. N Əsədov hospitala yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA