Rektor-deputata təhqir və böhtanla bağlı iddia qaldırıldı

img

27-11-2013 [12:35]



Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, deputat Şəmsəddin Hacıyevə qarşı Cinayət Məcəlləsinin 147.1 (Böhtan) və 148-ci (təhqir) maddələri ilə iddia qaldırılıb. Artıq işə məhkəmədə baxılır.

Bu barədə mia.az-a daxil olan məlumata görə, Şəmsəddin Hacıyevə qarşı bu iddianı qaldıran sözügedən universitetin professoru, eyni zamanda, deputat-rektorun keçmiş müşaviri Bədirxan Musayevdir.

 Məlumata görə, professor işdən qanunsuz azad edilməsi ilə bağlı əmrlərlə yanaşı, rektor və onun yaxın ətrafı tərəfindən sonradan iştirakı olmadan Elmi Şurada keçirilən iclaslarda, həm müxtəlif mətbu orqanlarında, həm də məhkəmələrə təqdim olunan sənədlərdə ona böhtan atıldığını, təhqir edildiyini iddia edib: «Professorun iddiasına Nəsimi rayon Məhkəməsində və Bakı Apellyasiya məhkəmələrində baxılsa da, həmin məhkəmə instansiyaları Mili Məclisin komitə sədri, rektor Şəmsəddin Hacıyevə qarşı iddia tələblərini təmin etməyib».

 Məlumatda o da bildirilir ki, professor Bədirxan Musayev bu qərarlardan Ali Məhkəməyə şikayət edib: «Yəqin ki, yaxın günlərdə sözügedən məhkəmədə şikayətə baxılacaq».


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA