Yaqut Qarayeva: "Şəkidə və Sabirabaddakı yeni yoluxma ocaqlarının yaranmasını mövsümlə əlaqələndirmək olmaz"

img

14-10-2020 [14:21]


"Yeni yoluxma hadisələri bizi narahat edir. Məsələn, Şəkidə yay aylarında çox yoluxma olmamışdı. Sakit regionlarımızdan idi".

Bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, Şəkidə və Sabirabaddakı yeni yoluxma ocaqlarının yaranmasını mövsümlə əlaqələndirmək olmaz: “Çünki havalar ciddi şəkildə soyumayıb, temperatur normal olaraq davam edir. Yeni ocaqlar daha çox ailə, müəssisə daxilində olur. Yeni yaranana ocaqların üzərinə düşüb, onu ləğv eləməyə çalışırıq”/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA