Düşmən təcavüzü nəticəsində daha bir ümumi təhsil müəssisəsi dağıntılara məruz qalıb

img

14-10-2020 [14:17]


Düşmən təcavüzü nəticəsində daha bir ümumi təhsil müəssisəsi dağıntılara məruz qalıb. 

Təhsil Nazirliyindən Mia.az-a verilən məlumata görə, oktyabrın 14-də Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər rayonu və kəndlərinin ağır artilleriyadan atəşə tutulması nəticəsində Düyərli kənd ümumi orta məktəbinə ziyan dəyib. Məktəbin həyətinə top mərmisinin düşməsi nəticəsində təhsil müəssisəsinin tədris korpusu yararsız hala düşüb.

Qeyd edək ki, bu günədək 40-a yaxın ümumi təhsil müəssisəsinə düşmən təcavüzü nəticəsində zərər dəyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA