Gəncədəki Rus Pravoslav kilsəsində həlak olmuş dinc sakinləri anma mərasimi keçirilir - FOTO

img

14-10-2020 [11:36]


Gəncədəki Aleksandr Nevski Rus Pravoslav kilsəsində Ermənistan ordusunun oktyabrın 11-də törətdiyi terror aktlı nəticəsində həlak olmuş dinc sakinləri anma mərasimi keçirilir.

Məlumata görə, mərasimdə həlak olanların ruhuna dualar oxunub. Kilsənin keşişi Denis Sotnikov Azərbaycan şəhidlərinin ruhuna dualar oxuyub, Azərbaycan Ordusuna qalibiyyət arzulayıb.

Qeyd edək ki, bu il oktyabrın 11-də Ermənistan ordusu Gəncə şəhərinin mərkəzində çoxmənzilli yaşayış binalarını raket atəşinə tutub. Nəticədə 10 dinc sakin həlak olub, 40-dək şəxs yaralanıb. Hadisə nəticəsində 3 azyaşlı hər iki valideynini itirib.

Gəncənin raket atəşinə tutulması nəticəsində Aleksandr Nevski Rus Pravoslav kilsəsinə də ziyan dəyib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA