Ombudsman Ermənistanın Gəncəyə raket hücumu ilə bağlı hesabat yayıb
13-10-2020 [13:25]
Ombudsman Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci böyük şəhəri olan və mülki əhalinin sıx məskunlaşdığı Gəncə şəhərini növbəti dəfə raket atəşinə tutması nəticəsində baş vermiş insan tələfatı və dağıntılarla əlaqədar həyata keçirilmiş faktaraşdırıcı missiyaya dair hesabat yayıb.
Hesabatda qeyd olunub ki, Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində 3 uşaq hər iki valideynini itirib:
“Bununla da Ermənistan Respublikası iştirakçısı olduğu beynəlxalq müqavilələrin, xüsusilə də BMT-nin “Uşaq hüquqları haqqında Konvensiyası”nın tələblərini kobud şəkildə pozmuşdur. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci böyük şəhəri olan və əhalinin sıx məskunlaşdığı Gəncədəki yaşayış məntəqələrini yenidən Ermənistan ərazisindən raket atəşinə tutması nəticəsinə baş verən insan tələfatları və dağıntılar Ermənistan Respublikasının öz təcavüzkar siyasətindən əl çəkmədiyini və növbəti dəfə yeni ərazilərimizi işğal etmək istədiyini bir daha aydın şəkildə sübut edir.
Ermənistanın insanlığa sığmayan bu kimi hərbi cinayətləri əhalinin həyat və sağlamlığı üçün ciddi təhlükədir və bu təcavüz aktı beynəlxalq təşkilatları, dünya dövlətlərini, milli insan hüquqları təsisatlarını düşündürməli, narahat etməli və işğalçı Ermənistan Respublikasına qarşı hüquqi sanksiyaların tətbiq edilməsi ilə bağlı konkret tədbirlərin görülməsi üzrə səylər göstərməyə vadar etməlidir”.
Bildirilib ki, Azərbaycanın dinc əhalisinin həyat və sağlamlığı üçün ciddi təhlükə yaradan Ermənistanın ölkəmizə qarşı bu hərbi təxribatları, insanların təkcə fiziki və maddi cəhətdən deyil, mənəvi-psixoloji baxımdan da ağır və riskli vəziyyətdə qalmalarına, yaşamaq, təhlükəsiz və sağlam ətraf mühitdə yaşamaq və digər fundamental hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına səbəb olur:
“Buna görə də beynəlxalq təşkilatları və nüfuzlu dünya dövlətlərini ədalətli sülhün əldə olunması səylərinə zərbə vuran Ermənistan Respublikasından müharibə cinayətlərinə, mülki əhalinin hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına səbəb olan cinayətkar əməllərinə, Azərbaycanın işğal altında olan bütün ərazilərinin işğalına qeyd-şərtsiz son qoymağı tələb etməyə və təcavüzkar Ermənistana münasibətdə beynəlxalq hüquqi məsuliyyət müəyyən edən təcili tədbirlər görməyə çağırırıq”.
Rəfah Sərhəd Keçid Məntəqəsi açılıb
Həbsxananın keçmiş rəisinin meyiti tapıldı - Xırdalanda
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində: yeni sənədlər imzalandı - FOTOLAR (Yenillənib)
"Velizarofficial" adlı səhifənin idarəçi saxlanldı
Bakıda Xalq artistinin oğlu döyülüb (Yenilənib)
Azercell Gənclər Günü ərəfəsində Beynəlxalq İnformatika Olimpiadası üzrə milli komanda ilə görüş keçirib - FOTOLAR
"Kim, mən? Heç yerdə dindirilib eləməmişəm" - Sabiq icra başçısından daha bir açıqlama
İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramına qeydiyyat davam edir - Gənclərin nəzərinə
Qaz borusu partlayıb, yaralılar var (YENİLƏNİB)
GENERALLAR YENİ VƏZİFƏLƏRİNDƏ HANSI RÜTBƏ DAŞIYACAQLAR? - Detallar
Gürcüstanda xarici maliyyələşmə və siyasi fəaliyyətlə bağlı qaydalar sərtləşdirilir
Rusiya ordusu Xarkovda bazara zərbə endirib, yaralılar var
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Deputat: "Fövqəladə hallarla bağlı satınalmalar və xidmətlər sürətli rəsmiləşdirilməlidir"
Hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
KİV: İran və ABŞ nüvə sazişi üzrə danışıqları bərpa edir
Ermənistan Hindistanla hərbi-texniki əməkdaşlığı davam etdirməyə hazır olduğunu bəyan edib
Trampın xüsusi elçisi sabah İsrailə səfər edəcək
İranda iğtişaşlarda iştiraka görə 4 əcnəbi həbs edilib
5 rayonda tədbirə 310 min manat xərclənəcək - Komitə yeni ilin ilk ayından büdcənin "başını açıb"
Niderland vətəndaşı Ermənistanda həbs edilib
"Fənərbağça" gənc oyunçunu icarəyə götürüb
"Barselona" Fermin Lopezin müqaviləsini uzadıb
Portuqaliya "Kristin" fırtınasından sonra bərpa işləri üçün 2,5 milyard avro ayıracaq
"Yuventus" Mauro İkardini radarına alıb - Danışıqlar başlayıb
"Fatih Karagümrük" oyunçusu ilə yollarını ayırdığını açıqlayıb
"Beşiktaş" Aqbadu üçün yenidən danışıqlara başlayıb
Ciro İmmobile "Paris FC" klubuna keçid edib
Sabahın hava proqnozu açıqlanıb
Nigeriya qoşunlarını Benindən çıxarır
Onlar İTV-nin Yayım Şurasının üzvü seçildi - MM təsdiqlədi
"Pensiyalar yaxın günlərdə artacaq" - Deputat
Baş Prokurorluqda yeni təyinat olub
İKİ KOMİSSİYA YENİDƏN FORMALAŞDIRILDI - Bu deputatlar üzv oldu
Manyak milyarderdən hamilə qalan şahzadə üzr istədi: "Peşmanam, bu, utanvericidir!"
Sedat Peker məşhur aktrisanın borcunu bağlayıb - 2 milyon TL-dən çox
Müdafiə Nazirliyi açıqlama yayıb
NAXÇIVANLA BAĞLI QƏRAR TƏSDİQLƏNDİ - Ali Məclis və Nazirlər Kabinetinin səlahyyəti azaldı - Başqa hansı dəyişikliklər var?
Azərbaycan Gənclərinin XI Forumu keçirilir - FOTO
"Səfalı" MTK-dan mənzil alan sakinlər şikayətçidirlər - VİDEO