"Azəriqaz"da yeni təyinatlar - 3 rəisə yeni vəzifələr verildi

img

13-10-2020 [10:22]


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Bakı şəhərində fəaliyyət göstərən üç departamenti üzrə kadr dəyişikliyi aparılmaqla yerdəyişmələr olunub.

"Azəriqaz”dan Mia.az-a verilən məlumata görə, Metrologiya Departamentinin rəisi Rauf Radiq oğlu Əhmədov vəzifəsindən azad edilməklə Birliyin Bakı Regional Qaz İstismarı Departamentinin rəisi təyin olunub.

Zehin Məhəmməd oğlu Rəsulov Bakı Regional Qazın Satışı Departamentinin rəisi vəzifəsindən azad olunmaqla Metrologiya Departamentinin rəisi təyin edilib.

Zamin Qurban oğlu Mehrəliyev isə Bakı Regional Qaz İstismarı Departamentinin rəisi vəzifəsindən azad olunmaqla Bakı Regional Qazın Satışı Departamentinin rəisi vəzifəsinə təyin edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA