Biz düşmənə qalib gələcəyik...

img

12-10-2020 [11:10]


Səbinə ADIGÖZƏLLİ

***

10 oktyabr saat 12:00-da atəşkəs elan edilməsi barədə ikitərəfli razılığa baxmayaraq, Ermənistan silahlı qüvvələr atəşkəsi dəfələrlə vəhşicəsinə pozaraq mülki əraziləri, habelə təmas xəttindən kənarda qalan şəhərlərdəki yaşayış obyektlərini dəfələrlə raket atəşinə tutur.

Eyni zamanda, 10 oktyabr atəşkəsindən öncəki 2 həftəlik bizim üstünlüyümüzün ön planda olduğu döyüşlərdə belə müxtəlif Azərbaycan icmaları və şəhər əraziləri Ermənistan silahlı qüvvələrinin artilleriya atəşinə məruz qalmış, dinc əhali ağır ziyan görmüşdür. 11 oktyabr, günün ilk saatlarında Gəncə şəhəri bir daha erməni raketləri və çoxluq təşkil edən bombalar tərəfindən vəhşicəsinə hücuma məruz qaldı. Ermənistan milləti bunu öz yaddaşında silinməz şəkildə həkk etməlidir ki, ermənilərin silahli qüvvələrinin rəhbərlik etdiyi bütün bu qəddar hərəkətlərin və təxribatların, Azərbaycan Respublikasının 30 ildir hərbi işğalı altında olan suveren ərazilərinin hər qarışını azad etməsi üçün qarşısında bir maneə olaraq dura bilməz!  

Azərbaycanın şəhərlərində günahsız insanların amansızcasına öldürülməsi qarşısında Beynəlxalq Birliklər susmamalıdır. Halhazırda Azərbaycan Silahlı Qüvvələrinin apardığı bu ardıcıl əməliyyatlar heç bir işğalçı siyasət daşımır və açıq şəkildə erməni terror təhlükəsini cilovlamaq, həmçinin Avropada və Qafqazda sülh və sabitliyi təmin etmək üçün gurulmuş uğurlu stratrgiyalara öz tarixi imzasını atır. Prezidentimiz Cənab İlham Aliyevin öz çıxışlarında savadlı ritorikası ilə seçilərək, Azərbaycanın cəsur və inamlı əsgərlərini öz doğma torpaqlarımızı düşmən əsarətindən azad etmək üçün atıllan addımlarda iştiraklarını yüksək dəyərləndirmiş və onları dövlətin xilaskarları adlandırmışdır. 

Azərbaycan ordusu bu gün şərəflə vuruşur. Dəfələrlə İlham Aliyevı tərəfindən Ermənistan hakimiyyətinə həm yazılı həm də verbal şəkildə torpaqlardan çıxması üçün xəbərdarlıq edib. Bütün bunları heçə sayan Ermənistan baş naziri öz uğursuz siyasətindən geri dönməyərək demiştir ki, Dağlıq Qarabağ onlara məxsus qədim torpaqdır. Bunu deməklə o bütün danışıqların üstündən xətt çəkdi və təxribatlara başladı. Lakin sarsılmaz Azərbaycan ordusu düşmənə bugün elə bir unudulmaz dərs verir ki, Ermənistan Qarabağın Azərbaycan olmasını qəbul etməklə qalmayıb, hətta Azərbaycan vətəndaşlarının hər birindən rəsmi şəkildə bütün dünya qarşısında üzr istəyəcək. Azərbaycan hərzaman öz qüdrəti ilə hərzaman fərqlənib, lap qədim tarixə getsək görərik ki, qüdrətli igidlərimiz öz adlarını tarixə böyük hünərləri və cəsarətləri ilə yazdırmışlar.   

Azərbaycan xalqı bugün onlarla qürur duyur. Ordumuzun döyüş meydaninda olan əzmi, düşmən cəladlarina olan sarsıdıcı zərbələri, igid və rəşadətli oğullardan ibarət olması, Vətəninə olan bağlılığı, Milli ruhda yetişməsi, ən əsas olaraq Şəhidlərinə olan hörməti və onlarin qanının qisasını almaq istəyi bizim dədə-baba yurdumuzun düşməndən xilas edəcək. 
Demək olar ki, bir çox ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır. İran, ABŞ və habelə Rusiya kimi dövlətlər ermənilərin öz torpaqlarında vuruşmadığını irəli sürür. Azərbaycanın davası haqlıdır və bunun qarşısını kimsə ala bilməz. Həm beynəlxalq hüquq, həm də BMT qətnamələri erməni hərbi qüvvələrinin qeyd-şərtsiz və dərhal torpaqlarımızdan çıxmasını tələb edir.

Bu, Ermənistana bir mesaj olmalıdır ki, Azərbaycan torpaqlarını dərhal tərk etsin və ərazi bütövlüyümüzü tanısın. Müzəffər Azərbaycan ordusu öz haqqlı davasında qalib gələcək. Əsla izn vermərik ki, Ermənistan Dağlıq Qarabağı öz ərazi bütövlüyü kimi qələmə versin. Qarabağ bizimdir, bizim olacaq!

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA