Sabahın hava proqnozu açıqlandı

img

09-10-2020 [13:08]


Oktyabrın 10-da gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Mia.az-a verilən xəbərə görə, oktyabrın 10-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. 

 Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, gündüz 19-21, Bakıda gecə 13-15, gündüz 19-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunundan 771 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz  40-45 faiz olacaq.  

Oktyabrın 10-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin Böyük Qafqazın bəzi şərq rayonlarında qısamüddətli yağış yağacağı, duman olacağı  gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 9-14, gündüz 21-26, dağlarda gecə 2-7, gündüz  8-13 dərəcə  isti olacaq.   

Tibbi-meteoroloji proqnoza əsasən, oktyabrın 10-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA