Müdafiə Nazirliyi Silahlı Qüvvələrə yardım toplayan şəxslərə müraciət edib

img

06-10-2020 [16:54]


Müdafiə Nazirliyi Silahlı Qüvvələrimiz üçün yardım toplayan şəxslərə müraciət edib.

Mia.az-ın məlumatına görə, müraciətdə deyilir:

"Sosial şəbəkələrdə Silahlı Qüvvələrimiz üçün yardım toplayan şəxslərin sayının çoxaldığını nəzərə alaraq, vətəndaşlardan ayrı-ayrı şəxslərin hesabları deyil yalnız Müdafiə Nazirliyinin paylaşdığı rəsmi hesab nömrələrinə köçürmələr etmək xahiş olunur.

Bildiririk ki, Silahlı Qüvvələrə Yardım Fonduna aşağıdakı linklər vasitəsilə keçid etmək olar: 

https://ibar.az/az/donate, 

https://gpp.az/WebPortal/Infosite/Sc/989100/Category/8,

https://asanpay.az/intro/home, 

https://hesab.az/unregistered/#/direct-pay/charity/merchants.

Müdafiə Nazirliyinin rəhbərliyi ordumuza maddi və mənəvi dəstək olan hər bir vətəndaşımıza minnətdarlığını bildirir".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA