Texniki Universitetdə yeni şöbələr yaradıldı - SİYAHI

img

06-10-2020 [16:16]


Azərbaycan Texniki Universitetinin (AzTU)  Elmi Şurasının növbəti onlayn iclası keçirilib. İclasın gündəliyinə uyğun olaraq AzTU-da bir sıra struktur dəyişiklikləri edilib.

Universitetdən Mia.az-a verilən məlumata görə, Universitet üzrə aparılan optimallaşdırmanı nəzərə alaraq, Tədris hissəsinin “Tədris işlərinin təşkili” və “Keyfiyyətin təminatı” şöbələrinin birləşdirilməsi və onların bazasında “Tədris işlərinin təşkili və keyfiyyətin təminatı” şöbəsinin yaradılması qərara alınıb.

Bundan əlavə, AzTU-da hüquqi işin təşkilini daha keyfiyyətli formada həyata keçirmək üçün Hüquq Sektorunun yaradılması barədə qərar qəbul olunub.

İclasda, həmçinin Magistratura və doktorantura şöbəsinin bazasında Magistratura və Doktorantura şöbələrinin yaradılması ilə bağlı razılığa gəlinib. Bundan başqa, AzTU-nun nəzdində "Gənc texniklər" İnternet Liseyin yaradılması və universitetin publik hüquqi şəxs statusu alması ilə bağlı işlərin icrasına başlanılıb. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA