“Nar” cəbhə bölgəsində olan abunəçilərinin balansına 100 dəqiqə və 100 SMS yükləyib

img

06-10-2020 [11:39]


“Nar” cəbhə xətti ilə sərhəddə olan abunəçilərini pulsuz danışıq dəqiqəsi ilə təmin edib.

Şirkətdən Mia.az-a verilən məlumata görə, mobil operator sentyabrın 27-dən etibarən gərgin döyüşlərin getdiyi cəbhəyanı ərazilərdə olan bütün abunəçilərinin balansına 100 ölkə daxili dəqiqə və 100 SMS yükləyib. Məqsəd, torpaqlarımızın azadlığı uğrunda gedən gərgin hərbi əməliyyatlar dövründə təmas xəttindəki vətəndaşları kəsintisiz rabitə ilə təmin etməkdir.

Qeyd edək ki, “Nar” Azərbaycan xalqının ruh yüksəkliyinə dəstək məqsədilə, bütün sosial media kanallarında “Nar” loqosunun rəngini Azərbaycan bayrağı ilə əvəz edib.

“Azərbaycan Ordusunun gücü və şücaəti sayəsində bu döyüşü qələbə ilə başa vuracağımıza, işğal altında olan torpaqlarımızın azad ediləcəyinə inanırıq. Qələbə bizimdir!”


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA