Azərbaycanda koronavirus: hansı bölgələrdə daha çox yoluxma var? - SİYAHI

img

05-10-2020 [16:58]


Ölkə üzrə COVID-19-a yoluxmanın statistikası açıqlanıb.

Mia.az xəbər verir ki, ən yüksək yoluxma Bakı şəhərinin payına düşür - 56.0 faiz. 

Abşeronda yoluxma faizi 15.2 faiz, Aranda 10.5 faiz, Gəncə-Qazaxda 6.3 faiz, Lənkəranda 4.2 faiz, Quba-Xaçmazda 2.2 faiz, , Şəki-Zaqatalada 2.0 faiz, Dağlıq Şirvanda 1.5 faiz, Yuxarı Qarabağda 1.0 faizdir.

Naxçıvanda yoluxma 0.10 faiz, ölkə xarici yoluxma isə 1.0 faiz təşkil edir.

Bakının rayonları üzrə isə ən yüksək yoluxma Binəqədi rayonundadır.

Belə ki, Binəqədidə koronavirusa yoluxma 14.3 faiz, Xətaidə 12.4 faiz, Yasamalda 11.8 faiz, Sabunçuda 11.6 faiz, Nəsimidə 8.8 faiz, Nərimanovda 8.2 faiz, Suraxanıda 8.0 faiz, Qaradağda 7.5 faiz, Nizamidə 7.1 faiz, Xəzərdə 5.3 faiz, Səbaildə 4.7 faiz, Pirallahıda  0.3 faiz təşkil edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA