"Bazarın hansı hərbi əhəmiyyəti ola bilər?” - Prezidentin köməkçisindən Gəncənin vurulması haqda açıqlama

img

05-10-2020 [14:20]


“Ermənistan silahlı qüvvələri Gəncənin mərkəzi bazarını atəşə tutub. Bazarın hansı hərbi əhəmiyyəti ola bilər?”.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də bildirib.

“Bu raket hücumu yalnız mülki əhali arasında kütləvi itkilərin olması məqsədilə edilib. Mülki azərbaycanlılara qarşı Ermənistanın dövlət terrorizmi davam edir”, - deyə H. Hacıyev vurğulayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA