Azərbaycanın razılığı olmadan Qarabağa səfər edən jurnalistlər... - "Onların təhlükəsizliyinə cavabdeh deyilik"

img

05-10-2020 [13:26]


“Hazırda Ermənistan və erməni diaspor təşkilatları Azərbaycan və onun mülki əhalisinə qarşı terror fəaliyyətləri həyata keçirdiklərinə görə beynəlxalq hüquqi məsuliyyət daşıyırlar”.

Bunu bu gün keçirilən brifinqdə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

“Öz ərazilərində Ermənistanın Azərbaycana, Azərbaycanın suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə qarşı fəaliyyətləri təşviq edən dövlətlər, daha doğrusu, bu insanların fəaliyyəti üçün şərait yaradan dövlətlər də əslində məsuliyyət daşıyırlar. Həmin dövlətlər beynəlxalq konvensiyalara əsasən bu insanların fəaliyyətinin qarşısını almalıdır”, - deyə XİN rəsmisi vurğulayıb.

L. Abdullayeva Azərbaycanın razılığı olmadan işğal edilmiş ərazilərə səfər edən xarici jurnalistlərin təhlükəsizliyinə Azərbaycan tərəfinin cavabdeh olmadığını bir daha bəyan edib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA