“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
07-02-2026 [00:28]
Bizon Azərbaycan kubokunun ¼ finalının ilk oyunları başa çatıb və keçirilən 4 qarşılaşmada cəmi 4 qol vurulub.
Mia.az xəbər verir ki, turun son iki oyunu zamanı “Şamaxı” öz meydanında “Qarabağ”ı 2-1 hesabıyla məğlub edib.
Turun digər maraqlı oyunu “Azərsun Arena”da “Kəpəz”i qəbul edən “Turan-Tovuz” arasında baş tutub.
Şıdırğı yağan qarın altında keçən oyunda ev sahibi olan “Turan-Tovuz” (Komanda müvəqqəti olaraq ev oyunlarını Bakıda, “Azərsun Arena”da keçirir- Z.M.) qonaqları əhəmiyyətli 1 qol hesabıyla məğlub edib.
Turun oyunlarını analiz edəndə maraqlı nüanslar ortaya çıxır. İki oyunda hesabın açılmaması, “Qarabağ”ın növbəti məğlubiyyəti və “Kəpəz”lə oyunda baş məşqçi Kurban Berdiyevin qırmızı vərəqə alması onu göstərir ki, qarşıda intriqalı oyunlar bizi gözləyir. Cavab oyunlarında hər bir tərəf öz avantajını yaratmağa çalışacaq.
Bu turdakı oyunların komandaların hava şəraitinin kəskin dəyişməsi, habelə, oyunların ardıcıl qrafiklə keçirilməsi səbəbiylə də zəif olduğunu söyləyə bilərik. Həm Premyer Liqada, həm də Bizon Azərbaycan Kuboku uğrunda oyunların intensiv olması komandalara istirahət imkanı vermir.
Xüsusilə, “Qarabağ” həm də bu ay evdə Avroliqa oyunu keçirməli və həm də səfərə getməlidi. Maraqlıdı ki, kubok oyununda üz-üzə gələn “Sumqayıt”-“Zirə” və “Şamaxı-Qarabağ” yenə eynilə bu formada növbəti 19-cu turda Premyer liqa oyununda qarşılaşacaq. Soyuqda və dumanda stadionda görüntünün pisləşməsi futbolçular üçün problem yaratsa da, bu turda oyunların təxirə salınması müzakirə olunmayıb. Duman səbəbiylə təxirə salınan oyunlar zamanı mütləq qaydada FİFA-nın buna dair təlimatı nəzərə alınmalıdı. Odur ki, təlimatın təsiri altına düşəcək situasiyanın hələ ki, olmadığı bildirilir.
Premyer Liqada son oyundan sonra turnir cədvəlində mövqeyini möhkəmlədən “Turan-Tovuz”un həm də kubok oyunlarında avantajı hiss olunur.
Baxmayaraq ki, komanda yerdəyişmə səbəbiylə tez-tez doğma meydançasından uzaq düşür, baş məşqçi Kurban Berdiyevin mia.az-ın əməkdaşının bununla bağlı verdiyi suala cavabına görə, bu hal komandanın məşqlərinə, fiziki hazırlıqların tam gücüylə keçirilməsinə əngəl deyil.
Komanda hazırda 30 xalla 3-cü yerdə qərar tutub. Kubok oyunlarında da yaxşı nəticəsi olmasına baxmayaraq, baş məşqçi Berdiyev işini şansa buraxmayaraq, Premyer liqada işini ehtiyatlı tutur: avroliqa oyunlarına vəsiqə üçün həm Premyer liqada, həm də kubok oyunlarında mübahisəsiz nəticələr əldə olunmalıdı.
Dediyimiz kimi, “Turan-Tovuz”un dünənki oyunu həm əhəmiyyətli qələbə qazanması, həm də Berdiyevin bir oyunluq qırmızı kart cəzasıyla yadda qaldı. Oyun həmçinin CBC-nin şərhçisi Qismət Bəyişovun “antiTuran” ovqatının yüngül toxunuşları ilə unudulmaz oldu. Bəyişov həmkarımızdı, oyunu səlis, oynaq və aydın dillə şərh edir, amma media olaraq tərəfsiz qalması şərtdi. “Turan”ın qələbəsinin əhəmiyyətinin kiçildilməsinə yönəlik intonasiya, “Berdiyev qovuldu” kimi sərt ifadələrin işlənməsi, “Turan”ın hücumlarının təqdimatındakı üslub dilində yüngülvari hiss olunan acıq notları mənə görə, tərəfsiz olmaq yükünü daşıyan media nümayəndəsi üçün nöqsandı. Əslində medianın azarkeş olmadığını desəm, səmimi olmaz. Həmkarlarım bəzən azarkeşlik etdiyi komandalar üçün trubunada gərgin və emosional əhvali-ruhiyyədə olur. “Turan”ın uğurları da bu baxımdan kimlərisə qıcıqlandıra bilər. Amma məncə bu övkəni minlərlə insanın gözünün önündə yaşamaq peşəkarlıqdan uzaq və yolverilməzdi. “Turan” azarkeşləri üçün də mənəvi zərbə və medianın tərəfsizliyinə inamsızlığının təsdiqi ola bilər.
Yeri gəlmişkən, gələn həftə ən ağır qrafik “Qarabağ”ın payına düşüb. Avrokubok oyunları (ev və səfər) ilə yanaşı, Premyer Liqa görüşləri də var. Səfər oyunundan öncə “Neftçi” ilə qarşılaşmanın təxirə salınması “Qarabağ”a daha yaxşı hazırlaşmaq üçün imkan yarada bilər, təbii ki, əgər “Neftçi” rəhbərliyi buna razılıq versə. Son xəbərlərə görə, neftçilərin klubu Ağdam klubunun istəyinə “hə” deməkçün düşünür.
Zülfiyyə Mustafayeva
Mia.az
İran XİN başçısı Səudiyyə Ərəbistanı XİN başçısı ilə danışdı: "Qonşuları düşmən görmürük"
TRAMP İRANI PARÇALANMAQLA HƏDƏLƏDİ, İNGİLTƏRƏYƏ "BARMAQ SİLKƏLƏDİ": "Baş nazir, eşit, bizə artıq bunlar lazım deyil, amma..."
İran İraqın Ərbil şəhərinə çoxsaylı zərbə endirib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
"Beşiktaş" 10 nəfər qalan "Qalatasaray"a "boyun əydi"
Dövlət Departamentinin İranın Naxçıvana dron hücumu barədə bəyanatı... - Rəsmi Bakıdan reakiya
Prezident İlham Əliyev xanımları bir daha təbrik edib - FOTO
Baş nazir Prezident İlham Əliyevə zəng edib: "Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır"
8 Mart – Beynəlxalq Qadınlar Günü haqqında 10 maraqlı fakt
AZƏRBAYCAN QADINI - Qulu AĞSƏS YAZIR
Xarici İşlər Nazirliyi məlumat yayıb
Trampdan İran prezidentinin üzrünə reaksiya: "Minilliklər ərzində ilk dəfədir ki, İran Yaxın Şərq ölkələrinə uduzur"
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi