DİN-dən hüquqşünas və pedaqoqlara super iş təklifi - Vakant yerlər

img

11-11-2013 [13:25]


Daxili İşlər Nazirliyi (DİN) şəhər və rayon polis şöbələrinə əməliyyat müvəkkili, təhqiqatçı, polis sahə inspektoru və yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektor vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

Mia.az nazirlikdən verilən məlumata istinad edərək xəbər verir ki, vakant yerlərin sayı 100-ə yaxındır: "Ali hüquqşünas və pedaqoq ixtisası üzrə ali təhsil almış, yaşı 30-dan yuxarı olmayan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə" ilə müəyyən olunmuş digər şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları müsabiqədə iştirak edə bilərlər".

Xatırladaq ki, müsabiqədə iştirak üçün vətəndaşlar 2013-cü ilin noyabr ayının 4-dən dekabr ayının 4-dək hər gün (istirahət günləri istisna olmaqla) saat 10-dan 17-dək qeydiyyat yeri üzrə ərazi polis idarə və şöbələrinə müraciət edərək şəxsiyyət vəsiqəsini, ali təhsil haqqında diplomun əslini, hərbi bileti (kişilər üçün) şəxsən təqdim etməlidirlər.

 Müsabiqənin şərtləri barədə əlavə məlumat almaq istəyənlər (012) 590-92-21, 590-91-47, 590-92-54 nömrəli telefonlar vasitəsi ilə Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə müraciət edə bilərlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA