Milli Məclisin deputatı Türk Hava Yollarını məhkəməyə verib

img

28-10-2013 [14:44]


Milli Məclisin deputatı Çingiz Qənizadə beynəlxalq uçuşları həyata keçirən Türk Hava Yollarını məhkəməyə verib. Bu iş üzrə noyabrın 4-də Yasamal Rayon Məhkəməsində hazırlıq iclası keçiriləcək.

THY-nin məhkəməyə verilməsinə səbəb millət vəkilinin xarici ölkələrin birindən səfərdən qayıdarkən onun xəbəri olmadan biletinin uçuş tarixinin başqa günə dəyişdirilməsi olub. Deputat buna aydınlıq gətirilməsini tələb etsə də, onu istəyinə laqeyd yanaşılıb. Deputat uçuşdan imtina edərək başqa xidmətdən istifadə edib. Və Azərbaycana qayıtdıqdan sonra THY-nı məhkəməyə verib.

Millət vəkili THY-nın ondan üzr istəmisini tələb edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA