Sabaha olan hava proqnozu açıqlandı

img

30-09-2020 [13:34]


Oktyabrın 1-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə  qısamüddətli yağış yağacağı gözlənilir.   

Milli Hidrometeorologiya Xidmətindən Mia.az-a verilən məlumata görə, sabah mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, gündüz  21-24, Bakıda gecə 13-15, gündüz 22-24 dərəcə isti olacaq. Atmosfer  təzyiqi 764 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70, gündüz 45-50 faiz  olacaq.  

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı qərb rayonlarında intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Arabir  duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 12-17, gündüz 20-24, dağlarda gecə 4-8, gündüz  9-13 dərəcə  isti olacaq.   

Tibbi-meteoroloji proqnoza əsasən, Abşeron yarımadasında komfort temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA