"Azərbaycan Ordusu yeni hərbi siyasi reallıq yaradır” - Deputat “Atəşkəs müqaviləsi”nin artıq qüvvədən düşdüyünü deyir
30-09-2020 [12:38]
“Prezident İlham Əliyev dünən “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında çıxışı ilə informasiya savaşında da uğurlu mövqe təqdim etdi”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Zahid Oruc deyib.
O bildirib ki, orada səslənən bütün fikirlər bizim üçün tezis olmalıdır: “Orada 3-cü dövlətlərin də bu savaşda iştirakı məsələsinə toxunuldu. Azərbaycan Prezidentinin dünənki çıxışı onun siyasi və informativ savaşı da uğurla apardığını göstərdi. Azərbaycan Ordusu yeni hərbi siyasi reallıq yaradır”.
Z.Oruc bildirib ki, müxtəlif dövlətlərin, eləcə də BMT Təhlükəsizlik Şurasının və qeyri-daimi üzvlərinin müzakirəsinə çıxarılan Qarabağ məsələsi ətrafında qızğın müzakirələr gedir: “Azərbaycan Prezidentinin qətiyyətli qərarları Ermənistanı, Minsk qrupunu və iri dövlətləri hərəkətə gətirib və çözüm variantlarının tapılması üçün yollar aranır. Lakin bir fakt hamıya gün kimi aydındır - birinci Qarabağ müharibəsinin nəticəsi olaraq imzalanmış “Bişkek protokolu” və “Atəşkəs müqaviləsi”ni artıq qüvvədən düşmüş saymaq olar. 90-cı illərdə ölkəmizin itirdiyi torpaqları danışıqlar masasında təslimçilik aktına daşımağa çalışan Ermənistanın qarşısında ulu öndər Heydər Əliyev dayanmışdı və məlum sənəd heç bir hüquqi öhdəlik, məcburi tələblər yaratmamışdı”.
Onun sözlərinə görə, indi ordumuzun apardığı müqəddəs savaşın qələbə ilə nəticələnəcəyinə, Bişkekdə deyil, Şuşada sülh müqaviləsinin imzalanacağına hər birimiz inanınırıq: “İlham Əliyevin liderliyi ona qadirdir ki, ordunun qələbələrini sənəd üzərində böyük diplomatik məharətlə həkk edə biləcək. Ona görə bizim siyasət adamlarımız, politoloq və təhlilçilərimiz 1994-cü ilin “Atəşkəs müqaviləsi”nə daha istinad etməyə bilərlər!”/APA
Yaponiyada sərt hava şəraiti qəzaları artırıb: 27 nəfər ölüb, 300-dək xəsarət alan var
Nipah virusu təhlükəsi böyüyür - Asiya ölkələri ölümcül xəstəliyi həyəcanla izləyir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Zahid Oruc: "Ruskiy mir və Fars dilinin əhatəsində…" - "Söyüş və təhqir azadlığı demokratiya deyil"
Alena Əliyeva ilk inklüziv iaşə obyektini ziyarət edib - FOTOLAR
ABŞ və İran rəsmiləri İstanbulda görüşəcək
Rəfah Sərhəd Keçid Məntəqəsi açılıb
Həbsxananın keçmiş rəisinin meyiti tapıldı - Xırdalanda
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində: yeni sənədlər imzalandı - FOTOLAR (Yenillənib)
"Velizarofficial" adlı səhifənin idarəçi saxlanldı
Bakıda Xalq artistinin oğlu döyülüb (Yenilənib)
Azercell Gənclər Günü ərəfəsində Beynəlxalq İnformatika Olimpiadası üzrə milli komanda ilə görüş keçirib - FOTOLAR
"Kim, mən? Heç yerdə dindirilib eləməmişəm" - Sabiq icra başçısından daha bir açıqlama
İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramına qeydiyyat davam edir - Gənclərin nəzərinə
Qaz borusu partlayıb, yaralılar var (YENİLƏNİB)
GENERALLAR YENİ VƏZİFƏLƏRİNDƏ HANSI RÜTBƏ DAŞIYACAQLAR? - Detallar
Gürcüstanda xarici maliyyələşmə və siyasi fəaliyyətlə bağlı qaydalar sərtləşdirilir
Rusiya ordusu Xarkovda bazara zərbə endirib, yaralılar var
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Deputat: "Fövqəladə hallarla bağlı satınalmalar və xidmətlər sürətli rəsmiləşdirilməlidir"
Hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
KİV: İran və ABŞ nüvə sazişi üzrə danışıqları bərpa edir
Ermənistan Hindistanla hərbi-texniki əməkdaşlığı davam etdirməyə hazır olduğunu bəyan edib
Trampın xüsusi elçisi sabah İsrailə səfər edəcək
İranda iğtişaşlarda iştiraka görə 4 əcnəbi həbs edilib
5 rayonda tədbirə 310 min manat xərclənəcək - Komitə yeni ilin ilk ayından büdcənin "başını açıb"
Niderland vətəndaşı Ermənistanda həbs edilib
"Fənərbağça" gənc oyunçunu icarəyə götürüb
"Barselona" Fermin Lopezin müqaviləsini uzadıb
Portuqaliya "Kristin" fırtınasından sonra bərpa işləri üçün 2,5 milyard avro ayıracaq
"Yuventus" Mauro İkardini radarına alıb - Danışıqlar başlayıb
"Fatih Karagümrük" oyunçusu ilə yollarını ayırdığını açıqlayıb
"Beşiktaş" Aqbadu üçün yenidən danışıqlara başlayıb
Ciro İmmobile "Paris FC" klubuna keçid edib
Sabahın hava proqnozu açıqlanıb
Nigeriya qoşunlarını Benindən çıxarır
Onlar İTV-nin Yayım Şurasının üzvü seçildi - MM təsdiqlədi
"Pensiyalar yaxın günlərdə artacaq" - Deputat
Baş Prokurorluqda yeni təyinat olub