Mətbuat Şurası KİV əməkdaşlarına müraciət edib
                27-09-2020 [13:23]
Azərbaycan Mətbuat Şurasının kütləvi informasiya vasitələrinin təmsilçilərinə müraciət edib.
Şuradan Mia.az-a daxil olan müraciətdə deyilir:
“Cəbhəboyu ərazilərdə, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində hərbi əməliyyatların intensivləşməsi Azərbaycan mediasının fəaliyyətinə təsir göstərməkdədir. Jurnalistlərimiz cəbhə ilə bağlı xəbərləri yaymağa üstünlük verirlər və bu, təbiidir.
Ötən illərin təcrübəsi göstərir ki, media təmsilçilərimiz daha çox cəmiyyətdə ruh yüksəkliyi yaradan, işğal olunmuş torpaqlarımızın azad edilməsini haqq işimiz kimi göstərən materialların təqdimatında fəallıq göstərirlər. Hərbi əməliyyatların intensivləşdiyi hazırkı durumda, onlar, heç şübhəsiz, yenə eyni dəst-xətti tutacaq, Vətən qarşısındakı xidmətlərini layaqətlə yerinə yetirəcəklər.
Hər kəsə bəlli olan reallıqdır ki, yaşadığımız XXI əsrdə müharibələr yalnız səngərlərdə aparılmır. Müharibənin böyük informasiya cəbhəsi var. Bu günlərdə jurnalistlər bu cəbhənin döyüşkən əsgərləridir. Yaxşı əsgər intizamlı əsgərdir. Media təmsilçiləri üçün isə intizam redaksiya tapşırıqlarını qüsursuz yerinə yetirmək, fərdi şəkildə yanaşsaq, peşə borcuna məsuliyyətli yanaşmaqdır. Hər bir media əməkdaşı indiki durumun xalqımız və ölkəmiz üçün həssaslığını ciddi şəkildə nəzərə alaraq fəaliyyət göstərməlidir.
Jurnalist üçün həssaslıq peşə davranışı qaydalarına tam şəkildə riayət etməkdir. Peşəkarlıq rəsmi mənbələrə istinaddır, əldə edilmiş bilgilərin rəsmi təsdiqinə nail olmaqdır. Hər hansı emosiyalara qapılmaq, eyforiya yaradan fikirlərin təqdimatı yolverilməzdir.
Ötən dövrlərin təcrübəsi göstərir ki, cəbhədə gərginliyin artdığı zamanlarda Ermənistana məxsus informasiya diversiya dəstələri də meydana atılır. Onlar Azərbaycan dilli saytlar, sosial şəbəkə profilləri və qrupları yaradaraq “fəallıq” göstərirlər. Azərbaycan şəxs adlı sosial şəbəkə profillərinin Ermənistan xüsusi xidmət orqanları tərəfindən idarə edildiyinə dair faktların mövcudluğu hamımıza məlumdur. Belə bir vəziyyətdə jurnalistikamızın üzərinə eyni zamanda böyük ictimai məsuliyyət düşür. Onlar həm obyektiv informasiyalarla cəmiyyətimizi təmin etməli, həm də qeyd etdiyimiz mənfi təmayüllərə qarşı mübarizə aparmalı, onları aşkarlamalı, cəmiyyətin neqativ yöndə bilgiləndirilməsinin qarşısını almalıdırlar. Təbii ki, bu fəaliyyət müvafiq dövlət qurumlarımızla əlaqəli şəkildə həyata keçirilməli, bütün detallara diqqətli yanaşılmalıdır. İnformasiyalar zamanında, operativ şəkildə insanlarımıza çatdırılmalı, əhali arasında təşviş yaratmağa hesablanmış neqativ meyllərin qarşısı anında alınmalıdır. Azərbaycan Mətbuat Şurasının media təmsilçilərindən gözləntisi budur.
Mətbuat Şurası ölkə junalistlərini, media orqanlarını bir daha cəbhədə yaranmış duruma münasibətdə həssas, soyuqqanlı davranmağa, öz işlərinə məsuliyyətlə yanaşaraq cəbhə ilə bağlı yalnız rəsmi mənbələrdən aldıqları məlumatlara üstünlük verməyə, hər hansı şübhəli, ilk mənbəyi bilinməyən materialların yayımlanmasından uzaq durmağa çağırır.
Jurnalistlərin çoxsaylı informasiya mənbələrinə malik olmaları təbiidir. Nəzərə alsaq ki, hər bir jurnalist eyni zamanda sosial şəbəkə istifadəçisidir və fərdi şəkildə kifayət qədər geniş izləyici auditoriyasına malikdir, mənbə çoxluğu şəraitində bu platformadakı paylaşımlarda, hətta dəqiq bilgilərin belə yayılmasında ehtiyatlı olmaq şərtdir.
İndiki durumda jurnalistlərimiz üçün ən böyük peşəkarlıq Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məlumatlarına istinaddır. Ümüd edirik və əmin olmaq istərdik ki, media orqanlarımızın təmsilçiləri üzərilərinə düşən vəzifəni məsuliyyətlə, jurnalistikamızın peşəkarlıq ənənələrinə sadiq qalaraq yerinə yetirəcək, xalqımızın haqq işinə özlərinin layiqli töhfələrini verəcəklər”.
Çempionlar Liqası: bu gün 9 oyun oynanılacaq
Nepalda qar uçqunu olub - Yeddi nəfər ölüb, xəsarət alanlar var
Boluda dabaq xəstəliyi: 18 kənd və 4 məhəllə karantinə alınıb
İsrail Qəzzada həbs etdiyi fələstinliləri sərbəst buraxıb
Bodrumda 41 metrlik yelkənli qayıq "quma oturub"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Keçmiş məmura bağlı olan şirkətlə 800 min manatlıq sövdələşmə olub
Osimhen UEFA-nın saytına müsahibə verib: "Çempionlar Liqasında fərq yaratmaq istəyirik"
İDEOLOJİ TƏRBİYƏ: Uzaq sahillərdə - Əli Cabbarov yazır
Romada 13-cü əsrə aid tarixi qüllə çökdü - Təmir zamanı (FOTO)
Alp dağlarında qar uçqunu: beş nəfər ölüb
Belçikada hərbi hava bazasında həyəcan - "F-16-ların yerlərini öyrənmək istəyirlər"
Sudanda vəhşət: 2 mindən çox insan qılıncla doğranıb - "Daha çoxunu öldürəcəyik" (FOTO)
Türkiyədə daha bir məşqçi istefaya göndərildi - Üzr istədi
Elton Məmmədov mülk və maşınlarını satıb
Əli Əsədov yeni qərar imzalayıb
Türkiyədə zəlzələ oldu - 4,9 bal gücündə
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Ceyhun Bayramov Əlcəzairə rəsmi səfərə yollanıb
Balans pozularsa, on illərlə formalaşmış beynəlxalq sabitlik sistemi sarsıla bilər - TƏHLİL
Prokurorluğa qəbulla bağlı müsabiqə keçiriləcək
Keçmiş idmançı saxlanılıb - Etiraza çağırışa görə
Elariz Məmmədoğlunun kürəkəninə ağır cəza verildi - Məhkəmə prosesi
Daha bir vəzifəli şəxs həbs edilib - Rüşvət ittihamı ilə
İsrail Qəzzada atəşkəsi yenə pozub - Zolağa ağır zərbələr endirilb
Okan Buruk "Ayaks" matçına bu heyətlə çıxacaq - Siyahı
Ceyhun Bayramov türkiyəli partiya sədrini qəbul edib
İcra başçısı Süleyman Mikayılov həbs olunan müavini üçün kimə minnətçi düşüb? - Maraqlı iddia yayıldı
SOCAR-ın 100 milyon dollar dəyərində yeni isitqrazları... - 16-cı dəfə faiz ödənişi həyata keçirib
"Qarabağ" - "Çelsi" oyununun hakimləri açıqlanıb
ADA ilə “Veysəloğlu”nun tərəfdaşlığı uğurla davam edir – xeyriyyə məqsədli festival keçirilib - FOTOLAR
Sabah hava necə olacaq? - Proqnoz
Milli Məclisdə kadr dəyişikliyi olub
Bakıda və rayonlarda leysan gözlənilir - Xəbərdarlıq
Ərdoğan Azərbaycana səfər edəcək
RAMİZ MEHDİYEVİN KÖMƏKÇİSİ DƏ TUTULUB - Səbəb + FOTO