Cərrahın evini kimlər və hansı əsasla söküb? - Qafar İskəndərov Baş prokurora müraciət etdi
21-09-2020 [15:38]
“16 may 2017-ci il tarixidə “Regal” MTK tikinti şirkəti tərəfindən razılaşma olmadan və müvafiq məhkəmə qərarı olmadan 2 mərtəbəli və bütün qeydiyytat sənədləri olan evim qanunsuz olaraq sökülərək darmadağın edilib. 4 ildir ki, Nəsimi rayon icra başçısı Asif Əsgərov və Nəsimi rayon prokuroru Salman Məmmədli tərəfindən hüquqlarım müdafiə edilmədiyi üçün kompensasiya ala bilməmişəm. Ev söküləndən bir neçə gün sonra mənim iştirakım olmadan saxta sənədləşmə olub, saxta müqaviləyə heç bir mülkiyyət hüququ olmayan şəxslər tərəfindən aparılıb”.
Bu fikirlər tibb elmləri üzrə fəlsəfə doktoru, Rusiya proktoloqlar cəmiyyətinin üzvü, Çexiya həkimlər birliyinin üzvü, Avropa endoskopik cərrahlar birliyinin üzvi, Ali dərəcəli cərrah Qafar İskəndərovun Respublikanın Baş prokuroru Kamran Əlievə yazdığı şikayət məktibunda yer alıb.
Məhtubda daha sonra qeyd olunur: “59 saylı mənzil istismar sahəsinin rəisi Ələsgər Rüstəməv və pasport qeydiyyatçısı Zərifə Salahova öz izahatında saxta 2 sayli arayiş verdiklərini Nəsimi rayon prokurorluğuna yazılı etiraf etdib. Həmin saxta arayışla 13 saylı Dövlət notariat kontorunda dövlət notarusu Kəmalə Hüseynzadənin qanunsuz hərəkətlərindən prokurorluğa şikayətim təmin olunmadı. MTK-nın əməkdaşları tərəfindən mənim daşınmaz əmlak hüquqlarımın pozulması üçün hüquq-mühafizə orqanlarına 100 000 manatdan çox rüşvət verdiyi barədə şöhbətlər var.
Əmlak hüquqlarımın müadfiəsi üçün Azərbaycan Respublikasının Prezidentinə, Rusiya Federasiyasının Prezidentinə, Səudiyyə Ərəbistanının Kral həzrətlərinə və Türkiyə Rüspublikasının Prezidentinə rəsmi və açıq məktubla müraciət etmişəm.
Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin qərarları da ədalətli olmazsa, Avropa Məhkəməsinə müraciət edəcəyimi dəfələrlə bəyan etmişəm. Eyni zamanda Nəsimi rayonunun icra başçısı Asif Əlgərov da mənim Avropa Məhkəməsinə müraciət etməyimi tövsiyyə edib.
Prokurorluq orqanlarında aparılan kadr dəyişiklikləri sikayətlərin düzgün araşdırılacağına dair ümüdlər yaradır. Lakin mənim əmlak hüqularımın bərpası işimdə müsbət nəticə yoxdur və sikayətlərin araşdırılmasında köhnə qaydalar davam edir.
Nəsimi rayon sabiq prokuroru Salman Məmmədli təqaüdə göndərilmişdir. Salman Məmmədli nə qədər ki, ölkədən getməyib və dünyasını dəyişməyib, mənim şikayətimin yenidən araşdırılmasının təmin olunmasını xahiş edirəm.
Həmçinin Salman Məmmədliyə, Dövlət notariusu Kəmalə Hüseyinzadəyə və "Regal MTK"-nın təsisçilərinə,iş icraçılarına, 59 saylı MİS-in rəisi Ələsgər Rüstəməva, pasport qeydiyyatçısı Zərifə Salahovaya qarşı cinayət işinin açılmasına göstəriş verməyinizi və məni şəxsən qəbul etməyinizi xahiş edirəm”.
Qafar İskəndərov eyni zamanda bir neçə gün əvvəl onun şikayəti əsasında keçirilən məhkəmə prosesi barədə də məlumat verib:
«15 sentyabr 2020-ci il tarixində Nəsimi rayon Məhkəməsində evimin qanunsuz sokülməsində iştirak etmiş 13 sayli Dövlət notariat kontorunun rəhbərliyilə bağlı cinayət işinin qaldırılması üçün Nəsimi rayon Prokurorliğuna müraciətimə verilən rədd cavabından şikayətimə baxildı. Hakim Azər Tağıyevin dediyinə görə prokurorlar və istintaqçılar məhkəmə işlərinin ona düşməsindən çox qorxurlar. Lakin mən bunun əksini gördüm, istintaqçı iclası gözləmədən çıxıb getdi. Hakim Tağıyev məni dinlədikdən sonra müqavilənin yanlış bağlanmasını qeyd etdi. İclas 16 sentyabr tarixinə keçirildi. Həmin vaxt isə istintaqçının hakimi saymadığını məhkəmə zalına telefonla gəlməsindən və oturuşundan gördüm. Sanki deyirdi ki, Azər Tağıyev sən kimsən ki, prokurorun qərarını ləğv edəsən.

Dövlət notariusu öz izahatında internet sistemində problem olmasını etiraf etmiş və arayişla müqaviləni rüşvət müqavilində bağlamışdır. Halbuki müqavilə forma 2 ilə bağlanmalı və ya arayışda digər şəxslərin qeydiyyatda olub-olmaması göstərilməli idi.
Oxucuları yormamaq üçün qeyd edim ki, Möhtərəm Prezidentin qərarlarına, fərmanlarına və çıxışlarına hakimlər əməl etmirlər. Hakim sonda mən qərara aldım deyə, qərarı oxuyur. Dövlətin səlahiyyətli nümayəndələri bu hakimlərə demir ki, niyə Azərbaycan Respublikasının qanunlarına zidd qərarlar çıxarırsəz?
Hakim Azər Tağıyev bir gündə 16 proses keçirməsilə fəxr edir. Bunları yalnız kəmiyyət göstəricisi maraqlandırır. Burada hansı keyfiyyətdən, hansı düzgünlükdən və ədalətdən danışmaq olar?
Qeyd edim ki, sonda hakim Azər Tağıyev müqavilə ilkin instansiyada etibarsiz sayildığı üçün notariusa qarşı mülkü iddia qaldıraraq, dəymiş maddi və mənəvi ziyanı ondan da tələb etməyimi məsləhət gördü”.
Azpolitko.info
Yaponiyada sərt hava şəraiti qəzaları artırıb: 27 nəfər ölüb, 300-dək xəsarət alan var
Nipah virusu təhlükəsi böyüyür - Asiya ölkələri ölümcül xəstəliyi həyəcanla izləyir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Zahid Oruc: "Ruskiy mir və Fars dilinin əhatəsində…" - "Söyüş və təhqir azadlığı demokratiya deyil"
Alena Əliyeva ilk inklüziv iaşə obyektini ziyarət edib - FOTOLAR
ABŞ və İran rəsmiləri İstanbulda görüşəcək
Rəfah Sərhəd Keçid Məntəqəsi açılıb
Həbsxananın keçmiş rəisinin meyiti tapıldı - Xırdalanda
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində: yeni sənədlər imzalandı - FOTOLAR (Yenillənib)
"Velizarofficial" adlı səhifənin idarəçi saxlanldı
Bakıda Xalq artistinin oğlu döyülüb (Yenilənib)
Azercell Gənclər Günü ərəfəsində Beynəlxalq İnformatika Olimpiadası üzrə milli komanda ilə görüş keçirib - FOTOLAR
"Kim, mən? Heç yerdə dindirilib eləməmişəm" - Sabiq icra başçısından daha bir açıqlama
İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramına qeydiyyat davam edir - Gənclərin nəzərinə
Qaz borusu partlayıb, yaralılar var (YENİLƏNİB)
GENERALLAR YENİ VƏZİFƏLƏRİNDƏ HANSI RÜTBƏ DAŞIYACAQLAR? - Detallar
Gürcüstanda xarici maliyyələşmə və siyasi fəaliyyətlə bağlı qaydalar sərtləşdirilir
Rusiya ordusu Xarkovda bazara zərbə endirib, yaralılar var
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Deputat: "Fövqəladə hallarla bağlı satınalmalar və xidmətlər sürətli rəsmiləşdirilməlidir"
Hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
KİV: İran və ABŞ nüvə sazişi üzrə danışıqları bərpa edir
Ermənistan Hindistanla hərbi-texniki əməkdaşlığı davam etdirməyə hazır olduğunu bəyan edib
Trampın xüsusi elçisi sabah İsrailə səfər edəcək
İranda iğtişaşlarda iştiraka görə 4 əcnəbi həbs edilib
5 rayonda tədbirə 310 min manat xərclənəcək - Komitə yeni ilin ilk ayından büdcənin "başını açıb"
Niderland vətəndaşı Ermənistanda həbs edilib
"Fənərbağça" gənc oyunçunu icarəyə götürüb
"Barselona" Fermin Lopezin müqaviləsini uzadıb
Portuqaliya "Kristin" fırtınasından sonra bərpa işləri üçün 2,5 milyard avro ayıracaq
"Yuventus" Mauro İkardini radarına alıb - Danışıqlar başlayıb
"Fatih Karagümrük" oyunçusu ilə yollarını ayırdığını açıqlayıb
"Beşiktaş" Aqbadu üçün yenidən danışıqlara başlayıb
Ciro İmmobile "Paris FC" klubuna keçid edib
Sabahın hava proqnozu açıqlanıb
Nigeriya qoşunlarını Benindən çıxarır
Onlar İTV-nin Yayım Şurasının üzvü seçildi - MM təsdiqlədi
"Pensiyalar yaxın günlərdə artacaq" - Deputat
Baş Prokurorluqda yeni təyinat olub