Hava şəraiti kəskin pisləşəcək - Xəbərdarlıq

img

18-09-2020 [13:31]


Milli Hidrometeorologiya Xidməti Azərbaycanda hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edib.

Xidmətdən Mia.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 19-u gündüzdən 20-si səhərədək şimal-qərb küləyinin qısa müddətə 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

Sentyabrın 19-da Azərbaycanın bəzi rayonlarında qərb küləyinin 15-20 m/s, arabir 25-30 m/s, bəzi Kür vadisi rayonlarda arabir 35 m/s-dək güclənəcəyi, bəzi dağlıq və dağətəyi rayonlarda yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR