Qənirə Paşayeva: "Kinematoqrafiya sahəsində problemlər mövcuddur"

img

17-09-2020 [16:26]


Milli Məclisin Mədəniyyət komitəsində “Kinematoqrafiya haqqında” qanun layihəsinin üzərində çalışmaq üçün İşçi Qrup yaradılacaq. 

Bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Qənirə Paşayeva deyib. 

O bildirib ki, bu sahədə problemlər mövcuddur: ” Mədəniyyət Nazirliyinin hazırlanacaq yeni strategiyasında da bu sahəyə yer veriləcək. Yaradılan işçi qrup vasitəsilə bu qanun layihəsi daha da təkmilləşdiriləcək və payız sessiyası çərçivəsində qəbul ediləcək”/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq