F. Məmmədov bununla bağlı bir neçə gün öncə Naxçıvan Televiziyasında iclas keçirib və ciddi tapşırıqlar verib. Yayılan xəbəri Fazil Məmmədov özü də saytımıza təsdiqləyib: “Bəli, bir neçə gün öncə iclas keçirmişəm. Lazımi tapşırıqlar verilib. Ora ilə bağlı hər hansı bir sual olmamalıdır”.
Qeyd edək ki, bundan əvvəl Naxçıvanda media sahəsinə rəhbərliyi Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikası üzrə səlahiyyətli nümayəndəliyinin media sahəsi üzrə əməkdaşı, tanınmış jurnalist Günay Malikqızı həyata keçirirdi. Hazırda ona başqa vəzifə həvalə olunub.

