“Akkord"un keçmiş sahibinə 15 il həbs cəzası verildi - Məhkəmə prosesi

img

02-03-2026 [15:21]


“Akkord İnşaat Sənaye” ASC-nin keçmiş sahibi İlqar Hacıyevin qiyabi icraat üzrə aparılan cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən, İlqar Hacıyev külli miqdarda dələduzluqda və cinayət yolu ilə qazanılmış əmlakı leqallaşdırmaqda təqsirli bilinib. Ona qiyabi 15 il həbs cəzası verilib.

Qeyd edək ki, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə İ.Hacıyev barəsində qiyabi həbs qətimkan tədbiri seçilib. Hacıyev dəfələrlə Baş Prokurorluğa çağırılsa da, istintaqa gəlməyib. Ölkədən qaçıb gizləndiyi üçün ona ittiham elan etmək mümkün olmayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA